“Fikirlərim düzgün başa düşülməyib, “düşmən” ifadəsini indiki deputatlara aid etməmişəm”

“Fikirlərim düzgün başa düşülməyib, “düşmən” ifadəsini indiki deputatlara aid etməmişəm”
SİYASƏT
14:08 09.09.2019
2773

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov mətbuatda yer alan fikirlərinə aydınlıq gətirib.

E.İbrahimov "Report”un sualına cavabında deyib ki, "düşmən” ifadəsini keçmişdə Azərbaycan Xalq Cəbhəsindən olan deputatlara aid edib.

O qeyd edib ki, həmin şəxslər dövlətçiliyə qarşı çıxıblar: "Onlar dövlətçiliyə düşmən kimi idilər".

E.İbrahimov bildirib ki, "düşmən” ifadəsini hazırda Milli Məclisdə təmsil olunan və ya olunmayan partiyalar haqqında deməyib: "Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir. Onlar özləri də bunu yaxşı bilirlər. Çünki həmin şəxslər konstruktiv mövqedən çıxış edirlər. Ona görə də onlar haqqında elə söz deməmişəm, demərəm də. Ola bilər, fikirlərim düzgün başa düşülməyib, bəlkə kimlərsə ara qarışdırmağa çalışır... Eldar İbrahimov nə dediyini, yaxşı bilir. Müsahibəmdə fikirlərim yanlış anlaşıla bilər, amma bir daha qeyd edirəm ki, dediklərim hazırki partiyaların nümayəndələrinə aid deyil. Milli Məclisdə təmsil olunan digər partiyalardan olan deputatlara qarşı çıxmamışam. Ara qarışdırmaq istəyənlər əbəs yerə özlərini yormasınlar".

Qeyd edək ki, E.İbrahimovun "Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri müzakirələrə səbəb olub. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib