Eldar Mahmudov taktikanı dəyişir...

Eldar Mahmudov taktikanı dəyişir...
SOSİAL
11:32 14.06.2016
1678

Cahangir Hacıyevin səhhətində yenidən problemlər yaranıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə  sabiq bankirin vəkili Aqil Lahicov məlumat verib. Vəkil bildirib ki, dünən Cahangir Hacıyevə görə, 3 dəfə müəssisəyə həkimlər dəvət olunub: “Cahangir müəllimdə çox nadir xəstəlik olan Haşimato sindromu var. Bu xəstəliklər onun həyatı üçün hər an təhlükə yarada bilər. Tez-tez həkim müayinəsindən keçir”.

Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Azadliq.info isə yazır ki, o, həbs edilən gündən fəal şəkildə hüquqlarını müdafiə edir. Bəzi iddialara görə, Cahangir Hacıyevin bu fəallağı hakimiyyətdə narahatlığa səbəb olub. Bu baxımdan sabiq bankiri susdurmaq üçün xanımı Zamirə Hacıyeva barədə həbs qərarı verilib. Zamirə Hacıyeva Azərbaycanda deyil. Onun Londonda olduğu bildirilir. Cahangir Hacıyevin vəkili isə bildirib ki, Zamirə Hacıyeva barədə verilən həbs qərarı formal xarakter daşıyır. “”Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir”, – deyə Aqil Layıcov bildirib.

Ehtimal olunur ki, Cahangir Hacıyevin səhhəti Zamirə Hacıyeva barəsindəki həbs qərarından sonra pisləşib.

Bu ərəfədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlində ölkənin tanınmış adamları və məmurlar barədə xeyli sayda intim video olması barədə məlumat yayılıb. Bu məlumatın həqiqət, yaxud yalan olduğunu söyləmək çətindir. Lakin ehtimal olunur ki, məlumatın Cahangir Hacıyevin xanımı barədə həbs qərarının ictimailəşməsindən sonra dövriyyəyə buraxılması təsadüfi deyil. Məlumat üçün deyək ki, Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Mümkündür ki, bu məlumat Eldar Mahmudovun hakimiyyətə mesajıdır. Ekspertlər də hesab edir ki, məlumatı ötürən mənbə bu işdə maraqlı ola bilər.

Əgər bu mülahizələr əsaslıdırsa, o zaman yaxın vaxtlarda sensaion faktların şahidi ola bilərik.

///Lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
21:32 02.03.2026
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
Rza Pəhləvi: "İranda rəsmi vəzifələr tutmaq fikrində deyiləm"
21:16 02.03.2026
Rza Pəhləvi: "İranda rəsmi vəzifələr tutmaq fikrində deyiləm"