AZXEBER.COM xəbər verir ki, namizədlər artıq kampaniyalarını yekunlaşdırmaq üzrədirlər. 21 gün ərzində seçiciləri ilə görüşən namizədlərin nə qədər inam qazandıqları noyabrın 1-i məlum olacaq. Bir sözlə, seçki marafonu bitir və son söz sahibi Azərbaycan xalqı olacaq.
Bəs, görəsən təbliğat günlərində Azərbaycan mətbuatında ən çox tənqid olunan deputatlar kimlər oldu?
Heç şübhəsiz ki, Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəfil vəzifədən çıxarılması, həbslər və MTN-in rəhbər strukturlarının generallarının heç bir rəsmi sərəncam elan edilmədən işdən uzaqlaşdırılması deputatlardan da yan keçmədi. Keçmiş nazirlə əlaqəsi, iş birliyi, biznesi olan millət vəkilləri mətbuatda ifşa olunub.
Bununla bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, 21 gün ərzində haqqında ən çox tənqid yazılan 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd deputat Rəfael Cəbrayılov olub. Namizəd haqda 21 gündə 30-a yaxın saytda tənqidi material yayımlanıb. Rafael Cəbrayılov təkcə Eldar Mahmudovla əlaqələrinə deyil, həm də şübhəli qohumluq əlaqələrinə görə suçlandı, onun ermənilərlə qohum olduğu yazıldı.Bu siyahıda ikinci yerdə deputat Çingiz Əsədullayev gəlir. O sabiq nazirlə qudadır və Eldar Mahmudovun ən yaxın adamlarından hesab olunur.Mətbuatın yazdığına görə, əgər araşdırmaçılar hər hansı bir neqativ hal aşkar edərsə, “Azərqaz” Bankın Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevi heç də yaxşı perspektiv gözləməyəcək. Onun mandatını itirəcəyi ilə yanaşı, bankdan uzaqlaşdırılacağı, hətta istintaqa cəlb olunacağı qaçılmaza çevriləcək. Mümkündür ki, onu digər məsələlərdə də ittiham etsinlər
73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən namizədliyini irəli sürmüş deputat Rüfət Quliyevin də sabiq MTN şefi Eldar Mahmudovla şərik olduğu üzə çıxıb. Verilən məlumata görə, Quliyevlə Mahmudovun şərik olduğu sahə siqaret biznesini əhatə edib.
Belə ki, hazırda "European Tobacco” şirkətinin rəhbəri olan və ölkədə siqaret istehsalı sahəsində inhisarçı kimi ad çıxarmış deputat uzun müddət imiş keçmiş MTN şefi ilə şəriklik edirmiş. Hətta bir xeyli müddət Mahmudov öz imkanları hesabına Rüfət Quliyevin mətbuatda "vurulmasının” qarşısını alıb. Ki, adı ortalıqda çox hallanmasın.
Bəzi iddialara görə, Rüfət Quliyevin deputat mandatı sahibi olmasında da sabiq nazirin rolu olub. Məhz Eldar Mahmudovun verdiyi təqdimat sayəsində sözegdən şəxs deputat siyahısında yer ala bilib. Elə bu seçkilərdə də Rüfət Quliyevin zəmanətinin keçmiş MTN şefi tərəfindən verildiyi deyilir. Bu baxımdan deyə bilərik ki, deputatın mandatı təhlükə altındadır.Eldar Mahmudovun 2010-cu ildə ortaya çıxardığı və hakimiyyət dairələrindən şəxsi xahiş əsasında deputat seçdirdiyi digərr şəxs Malik Həsənovdur. 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən hazırda deputatlığa namizəd olan Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır.Böyük bizneslərə sahib olan Həsənovların Eldar Mahmudovla şərikli işləri də var. Hələ ötən günlərdə məlumat vermişdik ki, sabiq MTN şefi ilə komitə sədrinin «Azinko» tikinti şirkəti üzərindən ortaqlıqları mövcuddur. Bundan başqa, onların digər işlərdə də əlləri olduğuna dair bilgilər var.
Başqa bir məlumata görə isə, deputat Hacı Salayev 2010-cu ilin parlament seçkilərində məhz sabiq milli təhlükəsizlik nazirinin istəyi və dəstəyi ilə mandat qazanıb. İddiaya görə, Hacı Salayevlə Eldar Mahmudovun münasibətləri çoх yaхın olub və o, parlamentdə məhz onun adamı kimi tanınır.
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayev yenidən bu dairədən namizədliyini irəli sürüb. Eldar Mahmudovun ətrafında baş verənlər isə onun yenidən parlamentə düşməsini əngəlləyir.Eldar Mahmudovdan üz döndərən deputatlardan biri də Əsabil Qasımovdur. O eks nazirlə münasibətlərini danıb və deyib:
“Yazırlar ki, sabiq nazir Eldar Mahmudovla yaxınam. Mən də deyirəm ki, Eldar Mahmudovla heç vaxt tanışlığım olmayıb. Onun nəinki 15 addımlığında, heç 15 metrliyində də ömrüm boyu dayanmamışam. Mən seçki kampaniyası aparıram. Barəmdə nə istəyirlərsə yazsınlar”.
Ə.Qasımov barəsində belə məlumatların kimlərin yaymasından xəbərsiz olduğunu da söylədi.
Deputat bu yolla siyasi gediş gedib, bunun nəticəsi isə noyabrın 1-i bilinəcək.
Təbliğat dövründə Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyev də ən çox tənqid olunanlardan idi. "Deputat seçkiyə 120 min manat xərcləyib" xəbəri 20-yə yaxın saytda yayımlanıb.
AZXEBER.COM təbliğat-təşviqat dövründə mətbuatda ən çox tənqid olunan deputatların siyahısını təqdim edir:1. Rüfət Quliyev - 73 saylı Lənkəran 2. Rəfael Cəbrayılov - 46 saylı Şirvan3. Çingiz Əsədullayev - 90 saylı Ağdaş 4. Azər Kərimli - 112 saylı Qax5. Hacı Salayev - 44 saylı Sumqayıt-Xızı6. Ağalar Vəliyev - 97 saylı Goranboy-Ağdam-Tərtər7.Astan Şahverdiyev - 120 saylı Cəbrayıl-Qubadlı8. Elmira Axundova - 71 saylı Masallı
9. Tahir Süleymanov - 54 saylı Şabran-Siyəzən10. Novruz Aslan - 86 saylı İsmayıllı11. Cavanşir Feyziyev - 115 saylı Şəki kənd ikinci12. Malik Həsənov - 67 saylı Cəlilabad şəhər seçki dairəsin