Eldar Mahmudovun oğlu yenidən biznesdə - Fransızlarla müqavilə bağladı

Eldar Mahmudovun oğlu yenidən biznesdə - Fransızlarla müqavilə bağladı
SOSİAL
10:14 16.08.2017
1090
Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən "Château de Bordeneuve” şirkəti Azərbaycanda "Caspian Crystal” LLC  şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda "Caspian Crystal” şirkəti tərəfindən satılacaq.
 

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Fransa şirkətinin yaydığı press-relizdə bildirilir. Orada qeyd olunur ki, "Caspian Crystal” Bakıda mənzillənən, 12 mərtəbəli plazaya, üç ticarət nöqtəsinə, iki şərab anbarına və güclü anbar-paylama şəbəkəsinə malik olan şirkətdir.

Châteaux Bordeneuve & Collections şirkətinin kommersiya direktoru Jerom Kastedine bildirib ki, bu sövdələşmə nəticəsində "Collection Privée” və  "Baron de Sigognac” markalı armanyak beynəlxalq arenada daha çox tanınacaq, prestij qazanacaq.

"Bizim məhsulların yüksək keyfiyyətini, qüsursuz, beynəlxalq və peşəkar imicini nəzərə alaraq biz əminik ki, uzunmüddətli və davamlı tərəfdaşlığa başlayırıq. Mən "Caspian Crystal” şirkətinə daha çox uğurlar arzu edirəm və onlara  qəti özünəinamlarına görə təşəkkür bildirirəm” - direktor əlavə edib.

Fransız konyaklarının Azərbaycanda satışını təşkil etmək üçün müqavilə bağlayan  "Caspian Crystal” şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə biznesinə daxildir. Bu holdinqi keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirdi.

"Caspian Cyristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – "Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 3 butik fəaliyyət göstərir. "Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub.
 
 

Habelə "Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı  "Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur. "Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və "Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb.

Hazırda "Gastronomy-1″, "Gastronomy-2″ və "Gastronomy-3″ mağazaları fəaliyyət göstərir. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan "Caspian Crystal” - "Beluga”, "Salvador Dali”, "Lord”, "VİP”, "Velluto” və "Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.   

"Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Azərbaycanda "Range Rover”, "Jaquar”, "Maserati” avtomobillərinin və "Dicati” motosikletlərinin rəsmi distribütoru olan "Crystal Motors” şirkəti də  "Caspian Crystal” holdinqə bağlıdır.    "Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal” plazada yerləşir.
 
 

Xatırladaq ki, Eldar Mahmudovun işdən çıxarılmasından və onun MTN-dəki mütəşəkkil qruplaşmasının zərərsizləşdirilməsindən sonra "Caspian Crystal” şirkətinin də fəaliyyətini dayandırdığı haqda məlumatlar yayılırdı. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir. Bəs şirkət hələ də Eldar Mahmudovun oğluna məxsusdurmu? Yoxsa Azərbaycan bazarına elit alkoqollar,  elit qədəhlər, "Range Rover”lər və s. idxal edən şirkət hazırda başqa əllərə keçib? 
 
Anar Mahmudovun hələ də bu şirkətə rəhbərlik edib-etmədiyi ilə bağlı suala şirkətdən cavab verilməyib, telefon dəstəyini götürən şəxs "bizdə rəhbərlik və şirkətin sahibləri barədə hər hansı informasiyalar məxfidir” deyib. 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi