Eldar Mahmudovun oğlunun şərikinin əmlakına həbs qoyuldu - SİYAHI

Eldar Mahmudovun oğlunun şərikinin əmlakına həbs qoyuldu - SİYAHI
SOSİAL
18:15 18.11.2016
1475

"Rabitə işi" üzrə axtarışa verilmiş "Caspian Telecommunication LTD" şirkətinin rəhbəri və "AKEY" MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur.

Məhkəmə A.Kərimovun mülkiyyətində olan 10-A-378 nömrəli "Harley Devidson” markalı motosikletinə, ona məxsus olan "AKEY" MMC-nin mülkiyyətində olan 10-PB-378 nömrəli "Maserati Quatroporte S Q4” markalı avtomobilinə, 90-AA-378 nömrəli "Jaguar XJ” markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub.

Yaranmış zərurətlə əlaqədar olaraq "AKEY” MMC-nin işçilərinin "Aztelekom” MMC-də, "Azercell Telecom” MMC-də, "Bakcell” MMC-də quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. "Aztelekom” MMC-də olan avadanlıqların "Cartburg NC” şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib.

Həmçinin "Cartburg NC” şirkətinin "Aztelekom” MMC-nin "S-12” beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlığın amortizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112 826 ABŞ dolları olduğu müəyyən olunub. Yaranmış zərurətlə əlaqədar olaraq Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarı ilə həmin avadanlıq üzərinə həbs qoyulub.

İstintaq zamanı A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin sonuncu cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən A.Kərimovun törətmiş olduğu cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib. Onun barəsində CM-nın həmin maddələri ilə yenidən ittiham elan edilməsi haqqında 10 avqust 2016-cı il tarixdə qərar qəbul edilib.

İttiham aktında göstərilib ki, iş materiallarına əlavə olunan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 22 dekabr 2015-ci il tarixli və 21 yanvar 2016-cı il tarixli xidməti məktublarından görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər "Cartburg NC” şirkətinin Azərbaycanda fəaliyyətinə A.Kərimov rəhbərlik edib. "Cartburg NC” şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla "AGbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub.(Report)


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
22:08 09.03.2026
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
21:52 09.03.2026
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
21:46 09.03.2026
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
21:25 09.03.2026
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
21:17 09.03.2026
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İyirminci günün duası - İmsak və iftar vaxtı
21:14 09.03.2026
İyirminci günün duası - İmsak və iftar vaxtı
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
20:52 09.03.2026
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
20:40 09.03.2026
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
20:27 09.03.2026
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
20:21 09.03.2026
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
20:19 09.03.2026
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
20:05 09.03.2026
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
20:03 09.03.2026
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
19:49 09.03.2026
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
19:46 09.03.2026
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
19:45 09.03.2026
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub