Eldar Namazov Baş Prokurorluğa çağırıldı

SİYASƏT
15:40 29.08.2013
1662

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilib.

Gün.Az-a bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.Onun sözlərinə görə, bu dəvət El hərəkatından istefa verən Əflan İbrahimovun müraciəti üzrə qeyd edilən idarədə aparılan araşdırmalarla bağlıdır.Məlumat üçün bildirək ki, Ə.İbrahimov müraciətində Milli Şuranın bəzi üzvləri tərəfindən seçki ərəfəsində Bakı şəhərində və respublikanın digər bölgələrində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

OXŞAR XƏBƏRLƏR