'Eldar Namazov İlham Əliyevə qarşı?! Bu, onluq deyil'

Siyasət
17:00 15.06.2013
3240

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə əmindir ki, müxalifət yönümlü “Milli Şura” bu ilin payızında keçiriləcək prezident seçkilərində vahid namizəd kimi EL İctimai hərəkatının rəhbəri Eldar Namazovun namizədliyini irəli sürməyəcək.

Gün.Az-ın 1news.az-a istinadən verdiyi xəbərə əsasən, o, bu barədə EL İctimai hərəkatının rəhbəri Eldar Namazovun müxalif “Milli Şura”nın icra aparatının rəhbəri postuna təyin olunmasını şərh edərkən deyib.Əksər müşahidəçilərin fikrincə, bu təyinat, həmçinin “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyovun bundan sonra “işgüzar aktivliyi” Eldar Namazova həvalə etməsi ilə bağlı açıqlaması bir daha göstərir ki, İbrahimbəyov “toy generalı” rolunu ifa edir. "Kukla oynadan" rolunda isə, xaricdəki müəyyən dairələrin səxavətlə maliyyələşdirdiyi Namazovdur.Ancaq Araz Əlizadə hesab edir ki, hətta bütün bunlar nəzərə alınsa belə, Eldar Namazov ciddi siyasi fəaliyyətə sahib olan nəhəng fiqur deyil.“O, həmişə əl altında işləyən adam olub. Onun karyerasının pik nöqtəsi Heydər Əliyev rəhbərliyində katiblik idi. Odur ki, onun bugünkü bacarığı elə “Milli Şura” kimi bir qurumun aparat rəhbəri olması ilə məhdudlaşır”, - deyə partiya sədri bildirib.

A.Əlizadənin fikrincə, E.Namazovun aparat rəhbəri kimi ilk işi ətrafına bu gün üçün aktual olmayan, “vurulmuş pilotlar”ı toplamaq olacaq – o bu üsula özünün rəhbərlik etdiyi EL İctimai hərəkatını yaradarkən də əl atmışdı.“EL Hərəkatındakılar dünən deyil, hətta “srağagünün adamları”dırlar. Bununla belə, Eldar Namazov hamını qorxudurdu ki, hər kəsi özünün kreativliyi ilə təəccübləndirəcək. Sən demə, müasir həyatın kreativliyi iş bacarığı olmayan təşkilatda toplanmış “srağagünün partokratları” imiş”, - deyə ASDP rəhbəri qeyd edib.Əlizadə hesab edir ki, Namazov hətta nəzəri olaraq da növbəti prezident seçkilərində hazırkı dövlət başçısına rəqib ola bilməz: "Bu, onluq deyil”.ASDP sədri, həmçinin, kinodramaturq Rüstəm İbrahimbəyovun siyasi meydandakı son hərəkətlərini təəssüflə qarşılayıb.

“O, illərdi min bir əziyyətlə qazandığı nüfuzunu mənasız incikliyə görə xərcləməkdədir”, - deyə A.Əlizadə bildirib.

Eldar Namazovun xaricdən maliyyələşdirilməsinə gəlincə, A.Əlizadə bunu istisna etməsə də, belə hallarda maliyyənin çatdırılma mexanizmindən məlumatsız olduğunu deyib.ASDP sədri bir daha vurğulayıb ki, EL hərəkatının rəhbəri Eldar Namazov prezident seçkilərində “Milli Şura”nın vahid namizədi kimi irəli sürülməyəcək.“Bu insanları illər boyu tanıdıqca başa düşürsən ki, bunların ambisiyaları ağıllarını üstələyir. Mənim fikrimcə, bu seçkilərdə müxalifətin vahid namizədi kim olur-olsun, qələbə qazana bilməyəcək. Mən buna qətiyyən şübhə etmirəm”, - deyə Əlizadə fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sədərək”də yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:59 24.08.2025
“Sədərək”də yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir