‘Eldar Namazovun mətbuata verdiyi məlumatı etibarlı saymaq olmaz’ - Əli Əliyev

SİYASƏT
15:55 03.05.2013
2590

Prezidentliyə namizəd, “El” hərəkatının sədri Eldar Namazovun hələ də mətbuata açıqlanmayan Rusiya səfərinin bəzi təfərrüatları məlum olub.

Ölkəyə qayıtmasına baxmayaraq Rusiya səfəri ilə bağlı mətbuata açıqlama vermək istəməyən Eldar NamazovMoskvada kinodramaturq Rüstəm İbrahimbəyovla görüşüb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev “modern.az”a məlumat verib. Moskva səfərini başa vurmasına baxmayaraq, Eldar Namazovla hələ də görüşmədiklərini deyən E.Quliyev bəzi məsələlərdən xəbərsiz olduğunu deyib:

“Sözün açığı, mən Eldar müəllim səfərindən məlumatsızam. Bir onu bilirəm ki, Eldar Namazov Moskvada Rüstəm İbrahimbəyovla görüşüb. Mən də Eldar müəllimlə görüşmədiyim üçün dəqiq deyə bilmərəm söhbət nədən gedib. Onun üçün xəbərim yoxdur. Bu sıradan, adi bir görüş idi. Biz mütəmadi olaraq bir-birimizlə görüşürük. Rüstəm müəllim ağsaqqaldır, onunla Gürcüstanda və yaxud hər hansı bir ölkədə görüşməyimizə təbii baxmaq lazımdır”-deyə E.Quliyevvurğulayıb.

AZXEBER.COM portalı məsələ ilə bağlı digər bir prezidentliyə namizəd, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin münasibətini öyrənib. Partiya sədri, Eldar Namazoun səfər haqqında mətbuata verdiyi açıqlamaları etibarlı saymadığını söyləyib:

“Bu şəxslər uzun müddətdir ki, siyasi layihə icra edirlər. Təbii ki, görüş zamanı həmin layihənin detallarının müzakirə olunması istisna deyil. Eldar Namazov səfər haqqında mətbuata məlumatlar verib. Amma bu məlumatları etibarlı saymaq olmaz”.

Ə.Əliyev bu görüşün ölkədəki ictimai-siyasi vəziyyəti qızışdırmaq kimi qiymətləndirməyin əlehinə olduğunu bildirib:

“Bu görüşləri ölkənin ictimai-siyasi vəziyyətini qızışdırmaq kimi qiymətləndirmək olmaz. Onlar prezidentliyə namizəddir və namizəd olaraq birlikdə görüş keçirib vəziyyəti analiz etmək istəyirlər”.

Partiya sədri eyni zamanda, Rüstəm İbrahimbəyov haqqında da danışıb. O, R.İbrahimbəyovun 1993-2009-cu illərdə hər zaman Azərbaycan hakimiyyətini dəstəklədiyini, ancaq son illər şəxsi maraqlarına görə hakimiyyət əlehinə çıxdığını bildirib:

“1993-cü ildən 2009-cu ilə qədər Rüstəm İbrahimbəyov hakimiyyətdən kifayət qədər razı olan şəxs olub. Onun qardaşı parlamentdə təmsil olunub. O vaxtları, Heydər Əliyev bu iki qardaşın şərəfinə Gülüstan sarayında tədbir keçirmişdi. Yəni hakimiyyətlə münasibətlər kifayət qədər müsbət səviyyədə olub. İndi baş verən ziddiyət şəxsi zəmində yaranan ziddiyyətdir. Bu ziddiyyəti siyasi durumla əlaqələndirmək düzgün deyil. Rüstəm İbrahimbəyov üçün şəxsi maraqlar daha yüksəkdə durur”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb