Eldar Namazovun müavinindən şok açıqlamalar - Yurd TV

SİYASƏT
12:30 26.08.2013
1969

El” hərəkatında tutduğu vəzifədən istefa verən Əflan İbrahimov prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək.

O, “El” hərəkatında Ali Məclisin sədr müavini, həm də hərəkat rəhbərinin iqtisadiyyat üzrə müavini olub.İstefa verməsinin səbəbi bu qurumun etimadı doğrultmamasıdır:“Axırıncı dəfə ayın 21-də Rüstəm İbrahimbəyovun ofisində bizim “El” hərəkatı rəhbərliyinin yığıncağı keçirildi.O yığıncaqda mən iki məsələ qoydum. O məsələlərin biri bundan ibarət idi ki, ya Rüstm İbrahimbəyov Milli Şuranın sədri kimi gəlməlidir bura.İkinci məsələ də bundan ibarət idi ki, əgər İbrahimbəyov bura gələ bilmirsə, onda mən xahiş edirəm sizdən, gəlin toplanıb bəyanat qəbul edək və İlham Əliyevin namizədliyini dəstəkələyək.Onların heç biri dinmədi. Onda ikinci dəfə dedim, Eldar Namazov, sizin əliniz yuxarılara çatır, siz altı ildən yuxarı rəhmətlik Heydər Əliyevin müşaviri olmusunuz.Əgər siz bunu qəbul etmirsinizə, onda mıən sabah bəyanat verib buradan çıxıram və mən gedirəm YAP-ın nümayəndəsi İlham Əliyevi dəstəkləməyə”.Ə.İbrahimovun “El” hərəkatının rəhbəri Eldar Namazovdan ciddi narazılığı var. Çünki ona münasibət hərəkat yaradılan zaman vəd edildiyi səviyyədə olmayıb. Ümumiyyətələ, “El” hərəkatının rəhbərliyində cəmi on dörd nəfər təmsil olunur:E.Namazov Ə.İbrahimova deyib ki, Milli Şura yarananda rəhbərlikdəki həmin on dörd nəfər də o qurumun üzvü olacaq. Amma daha sonra Eldar Namazovla Əli Kərimli onun Milli Şuraya seçilməsinə imkan verməyib:“O on dörd nəfərin on üçü Milli Şuraya düşüb, yeganə mən düşməmişəm. Səbəbini deyin niyə mən düşməmişəm ora, niyə mən düşməli deyiləm ki Milli Şuraya?Axı bu hərəkatı əsas quranlardan biri mənəm – çünki Eldar Namazovun bir “papka”sından və özündən başqa heç kimi yox idi – ona görə də mənim elektoratımdan istifadə etməyə çalışırdı”.Daha ətraflı bu süjetdə:

OXŞAR XƏBƏRLƏR