Çümə axşamı “El” hərəkatının sədr müavini Əflan İbrahimov istefaya getdiyini və strukturdan ayrıldığını bəyan edib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, haqqın.az portalına müsahibəsində Ə.İbrahimov bildirib ki, istefasının əsas səbəbi müxalifət nümayəndələri, xüsusən, “El” Hərəkatının lideri Eldar Namazov və Xalq Cəbhəsi partiyasının sərdi Əli Kərimlinin prezident seçkiləri ərəfəsində Bakıda kütləvi iğtişaşlara hazırlaşmasıdır. Ə.İbrahimovun sözlərinə görə, o, bu tədbirləri siyasi demokratiyanın pozulması kimi dəyərləndirib və müxalifətin bu planlarına qarşı cıxıb.Eldar Namazov “Turan” agentliyinə müsahibəsində bildirib ki, hərəkat sıralarında Əflan İbrahimov adlı şəxs yoxdur.E.Namazov Ə.İbrahimova istinadən yayılan informasiyanın cirkin böhtan xarakterli olduğunu qeyd edib.Lakin elitar.az portalı “El” Hərəkatının keçmiş sədr müavini Əflan İbrahimovun hərəkatın sədri Eldar Namazov cıxış edərkən onunla yanaşı əyləşdiyini nümayiş etdirən foto və videolar yayımlayıb.