Eldar Qasımov kimlə evlənmək istəyir?

Eldar Qasımov kimlə evlənmək istəyir?
ŞOU-BİZNES
07:03 18.07.2011
1777
İlk əvvəl, Eldar qadın fanatlarını çox sevdiyini bildirib:

“Hələ ki sevdiyim qız yoxdur. Qadın fanatlarımla münasibətlərim yaxşıdır, onları çox sevirəm”.

E.Qasımov ağıllı xanımla ailə quracağını söyləyib.

“Çox gözəl zahiri görünüşü olan xanımlar var ki, onlarla danışırsan, ünsiyyət qurursan. Amma bir zaman gəlib çatır, onlarla danışmağa söz tapa bilmirsən. Bundan başqa, elə xanımlar da var ki, ondan nə isə yeni şey öyrənirsən və onun fərqli xüsusiyyətlərini özün üçün kəşf edirsən. Hər mənada ağıllı xanımla ailə qurardım. Hazırda isə ailə qurmaq fikrim yoxdur, hələ çox tezdir”, - o, deyib.

Eldar onu da qeyd etdi ki, valideynlərindən aldığı tərbiyəni, gördüyü mədəniyyəti, gələcəkdə quracağı ailəsində və övladlarının tərbiyəsində də tətbiq edəcək:

“Ailəmdə Avropa və Azərbaycan mədəniyyəti bir-birinə bağlı şəkildə olub. Valideynlərimdən həm Avropa, həm də Şərq mədəniyyətinin tərbiyəsini almışam. Ona görə də çalışaram ki, anam-atam məni necə böyüdüblərsə, mən də övladlarımı o cür böyüdüm”.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR