Eldarla Nigar Göyçayda

MARAQLI
17:18 15.05.2011
2068

Göyçayda yeni doğulan körpələrə bu möhtəşəm qələbə münasibətilə Eldar və Nigar adları qoyulub.

Göyçay Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hər iki uşaq mayın 15-də gecə saat 02:30 radələrində doğulub. Göyçay rayonu Qarabaqqal kənd sakinləri Əliyev Tərlan və Əliyeva Cəmalənin qız övladına Nigar, Zərdab şəhər sakinləri Hüseynov Ruslan və Hüseynova Reyhanın oğlan övladına isə Eldar adı qoyulub. Nigarın çəkisi 3.2 kiloqram, Eldarın çəkisi 3.8 kiloqramdır. Hər iki körpənin vəziyyəti normaldır.

APA-nın məlumatına görə, bu gün günorta saatlarında xəstəxanada uşaqların valideyn və qohumlarının, KİV nümayəndələrinin iştirakı ilə adqoyma mərasimi keçirilib, uşaqların sağlam dünyaya gəlməsi və Azərbaycanın bu qələbəsi münasibətilə tort kəsilib.

OXŞAR XƏBƏRLƏR