Eldarla Nigar "Türkvision"da Azərbaycanı təmsil edəcəklər

Eldarla Nigar "Türkvision"da Azərbaycanı təmsil edəcəklər
ŞOU-BİZNES
07:52 08.06.2011
1610
AZXEBER.COM portalının Mədəniyyət və Turizm Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, bu barədə müğənnilərin prodüseri İsa Məlikov açıqlama verib.

Prodüser bildirib ki, iyunun 14-də başlayacaq festivala Eldar və Nigar qardaş ölkədən xüsusi dəvət alıb. Dənizlidə baş tutacaq festivalda 20-dən artıq ölkə sənətçisi türkçə mahnılar səsləndirəcək. Eldar və Nigarla birgə Türkiyənin tanınmış sənətçisi Keremcem festivalın xüsusi qonaq sənətçiləri sırasında səhnəyə çıxacaqlar.

İsa Məlikov qeyd edib ki, Eldar və Nigara qalibiyyətdən sonra çoxsaylı dəvətlər gəlir və hazırda onlar üçün proqram hazırlanır. İyunun 16-da Eldar və Nigar Türkiyədə keçiriləcək gözəllik müsabiqəsində də çıxış edəcəklər. Bu müsabiqədə isə dünyanın 30-dan artıq ölkəsindən iştirakçı olacaq.

OXŞAR XƏBƏRLƏR