Milli Şuranın üzvü Eldəniz Quliyev Müsavat funksionerlərinin qurumla bağlı açıqlamalarına etiraz edib.
Bu barədə AZXEBER.COM-a açıqlama verən E.Quliyev Müsavatın rəhbər funksionerlərinin davranışlarının qəbuledilməz olduğunu deyib:“Mən yenə çox təəssüf edirəm ki, Müsavat partiyanın ayrı-ayrı funksionerləri Milli Şuranın sessiyasını gözləmədən yenə də ümumi işə ziyan vuran açıqlamalarına ara vermirlər.Onların Milli Şuraya, Rüstəm İbrahimbəyova, indi də Eldar Namazova qarşı belə yersiz fikirlər səsləndirmələrindən görünür ki, bu adamlar niyəsə tələsirlər... Amma hara və niyə tələsirlər, mən bilmirəm...Mən müzakirə olunası məsələlərin mətbuatda yox, Milli Şuranın sessiyasında dartışılmasının tərəfdarıyam. Bunların isə elə bil sessiyanı gözləməyə səbirləri çatmır...Əgər Müsavat təmsilçiləri Milli Şuranın sessiyasında da qeyri-konstruktiv mövqe tutaraq əsassız hücumlarını davam etdirəcəklərsə, bu, həminm partiyanın Milli Şuranın mövcudıuğuna son qoymaq cəhdi kimi qiymətləndiriləcək”.