‘Elə adamlar mənə cadu edib ki...’ – MÜSAHİBƏ

MARAQLI
01:17 23.12.2014
5528

AZXEBER.COM potalı Lider TV-də yayımlanan “Ekstrahiss” layihəsinin qalibi Lamiyyə İsmayılovanın müsahibəsini təqdim edir:

- Lamiyə xanım, “Ekstrahiss”in qalibi olacağınızı öncədən bilirdiniz?

- Bəlkə də inanamayacaqsınız, amma yuxuda məni bundan agah etmişdilər. Bütün gedişatdan əvvəlcədən xəbərada idim. Bilirdim ki, finala kimlər qalacaq və bilirdim ki, həmin üç iştirakçının arasından seçilən, qalib olan mən olacağam.

- Bəs nəyi bilmirdiniz?

- Bunu görməklə əlaqələndirirsinizsə, demək olar ki, hər şeyi görürəm.

- Görə bilmədiyiniz heç nə yoxdur?

- Ola bilsin ki, olsun. Yaxud görməyimə rəğmən, deməyə icazə verməsinlər. Amma ümumilikdə hər şeyi yaşxı “görürəm”

- Çox maraqlıdır, bütün bu informasiyaları kimdən alırsınız?

- Öz qüvvələrim var. Onlar mənə deyirlər.

- Necə deyirlər?

- Telepatik olaraq...

- İndiyə qədər sizə yalan bir məlumat verilibmi və ya aldığınız məlumatın düzgün çıxmadığı hallar olubmu?

- Xatırladığım qədər, belə bir şey olmayıb. Bəzən ola bilər ki, hansısa mənfi qüvvələr məni fikrimdən döndərməyə, azdırmağa cəhd eləsin. Amma bu mümkün deyil. Çünki məni qoruyan qüvvələrim var.

- Bu qabiliyyətin sizdə olduğunu nə zaman “kəşf elədiniz”?

- Təxminən 13 yaşımda olarkən bu qvvəni və bacarığı özümdə hiss etməyə başladım.

- Baxıcılar gələcəyə dair, nələrisə görsə bilsəydilər, özlərinə gün ağlayardılar,deyirlər... Bu ifadələri tez-tez eşitmək mümkündür. Məsələn, hansında uduş olacağını bilsəydilər, bir lotoreya bileti alıb varlı olardılar və s. kimi fikirlər səslənir. Bütün bunlara münasibətiniz necədir?

- Bircə bunu deyə bilərəm ki, mənə güvənən hər bir müştərim mənim üçün “lotoreya bileti” kimidir (gülür).

- Ailəlisiniz?

- Xeyir, subayam.

- Qapınızı sonuncu dəfə elçilər nə vaxt döyüblər?

- Bu yaxınlarda olub. Amma mən istəmədim.

- Bəs yanınıza gələn müştərilərdən sizə “elçi gözü” ilə baxanlar olub?

- Olub. Dəfələrlə olub ki, bir dəfə mənə müraciət edən adam sonradan yanıma anasıyal gəlib və mən söhbətin nə yerdə olduğunu analamışam.

- Gözəl və baxımlı xanımsınız... Nə əcəb hələ subaylığın “daş”ını atmaq fikrində deyilsiniz?

- Bu məsələdə tələsmək lazım deyil. Həm də mənim bu işimlə ailə həyatı düz gəlməyə bilər. Çünki hamı məni eyni cür qəbul edə bilməz.

- Anladım... Yeri gəlmişkən, sizə baxıcı deyəndə daha xoşdur, yoxsa ekstrasens?

- Mənə, ekstrasens deyə müraciət olunsa, daha düzgün olar.

- Düz deyirsiniz, adın fərqi yoxdur. Əsas olanı, bir ekstrassens kimi həm kemişi, həm bu günü, həm də gələcəyi görə bilməyinizidir...

- Buna heç kimin şübhəsi olmasın...

- Bu işdən başqa əlinizdən nə gəlir?

- Mən həm də parapsixoloq kimi fəaliyyət göstərirəm.

- Gördüyünüz işin və qazancınızın müqabilində vergi verirsiniz?

- Əlbəttə, mən qanuni olaraq fəaliyyət göstərirəm.

- Bu qədər işin arasıda özünüzə kifayət qədər vaxt ayıra bilirsiniz?

- Bəli, ayda ən azı üş dəfə təzə paltar almasam, ürəyim partlayar (gülür).

- Zövq demişkən, bir qadın kimi nələrdən zövq alırsınız?

- Özümə baxmaqdan, gözəl və rəngarəng geyimdən, kitab oxumaqdan, meditasiya və yoqayla məşğul olmaqdan. Çünki o zaman ruh təmizlənir, insan həqiqətən də həyatdan zövq almağa başlayır.

- Bəs zövq ala bilmədiyiniz nəsə var?

- Çoxdur. Hansını deyim..?

- Bədəninizdə və ya simanızda hansısa plastik (estetik) əməliyyat etdirmisiniz?

- Qətiyyən. Bəzən bunu məndən soruşurlar. Amma tam səmimi deyirəm ki, heç bir yerimdə dəyişiklik etəməmişəm. Nə varsa, özümünküdür (gülür).

- Ümumiyyətlə, dəyişmək istəsəniz, özünüzdə nəyi dəyişmək istəyərsiniz?

- Buna lüzüm gömədiyim üçün hələ ki, bu barədə düşünməmişəm.

- Kiməsə cadu etmisiniz?

- Etmişəm...

- Bəs sizə necə, olunubmu?

- Mənə cadu etmək istəyənlər çox olub. Amma mən bu işin sirrini bildiyimə görə, həmin cadunu onu edən insana geri qaytarmaq və yaxud təsirini itirmək qabiliyyətinə malikəm.

- Mən onsuz da bilirdim ki,... Bu fikri necə tamamlamaq istərdiniz?

- Mən onsuz da bilirdim ki, yanıma gələn jurnailstdə cin müsəlləti var...

Əlaqə :+99455 685 56 66

Mail:[email protected]/* */

OXŞAR XƏBƏRLƏR