Elə asqırdı, boğazı cırıldı

MARAQLI
21:53 16.01.2018
2211
Böyük Britaniya sakini asqırmamaq üçün etdiyi uğursuz cəhddən sonra xəstəxanaya yerləşdirilib.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, 34 yaşlı şəxs asqırıq zamanı ağzını və burnunu sıx örtüb və boynunda nəyinsə partladığını hiss edib.
 
Xəstəxanada həyata keçirilən müayinə nəticəsində həkimlər həmin şəxsin boğaz divarının parçalandığını müəyyən ediblər.
 
O, xəstəxanaya yerləşdirilib və bir neçə gün ərzində yalnız mədə zondu vasitəsilə qidalanıb.
OXŞAR XƏBƏRLƏR