‘Elə bil onun bədənində uçuruma bənzər dərin bir yara açılmışdı’

MARAQLI
11:24 18.04.2014
2449

Xəbər verdiyimiz kimi,məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes 87 yaşında vəfat edib.

AZXEBER.COM portalı dünya ədəbiyyatının incilərindən olan Markesin İsabel Makondada yağışa baxır” hekayəsini təqdim edir:

Bazar günü , ibadətdən sonra hava birdən – birə dəyişdi .Gecə bürkü idi. Hətta səhər tezdən heç kəsin ağlına gəlməzdi ki , bu gün yağış yağa bilər Biz – qadınlar kilsədən çıxıb , çətirləri açmağa macal tapmamış , acı qara yel qopdu və bir anın içində toz – torpağı , mayın quru qar – qabığını silib – süpürüb göyə sovurdu. Yanımda kimsə :- Yağış yağacaq , – dedi.Bunu mən artıq bilirdim. Kilsədən çıxhaçıxda iimdə duyduğum qəribə bir soyuqdan bütün bədənim əsdi . Kişilər bir əli sombrerolarında , bir əli üzlərini örtən yaylıqda yaxınlıqdakı evlərə tələsdilər .Sonra selləmə yağış tökdü və bomboz , həlməşik səma lap aşağıda , az qala başımızın üstündə yırğalandı .Günün qalan hissəsini analığımla eyvanda keçirdik. Neçə ay yayın bürküsündən , toz – torpağından əziyyət çəkmiş dibçək güllərinin yağışdan cana gələcəyini fikirləşib sevinirdik . Günortaya yaxın torpağın parıltısı itdi , güllərin və adama gümrahlıq gətirən yağışın qoxusu yumşalmış torpağın , dirçəlmiş bitkilərin ətrinə qarışdı .Nahar vaxtı atam dedi :- Yayda yağış yağırsa , quraqlıq olmayacaq .Analığım ilin yeni fəslinin şüasına oxşayan bir təbəssümlə dedi:- Moizə vaxtı da elə bunu deyirdilər.Atam gülüməsdi və iştahla yeməyə başladı , hətta bir müddət bizimlə eyvanda oturdu , görünür kefi kök idi , gözləri yumulu oturmuşdu , amma yatmamışdı .Yağış bütün günü ara vermədən yağdı , nə gücləndi , nə də zəiflədi – elə bir babda tökdü . Yağışın səsi yeknəsək və sakit idi , elə bil bütün günü qatarda yol gedirdik , amma yağışın duyğularımıza hopduğunu heç birimiz hiss eləmirdik . Bazar ertəsi səhər tezdən patiodan gələn sərt , sümüyə işləyən soyuğu hiss edib , qapını örtəndə yağış artıq öz işini görmüşdü , elə bil yağış içimizə yağırdı , bütün duyğularımız ağzınacan yağışla dolmuşdu və aşıb – daşmağa başlamışdı .Analığımla eyvanda oturub yene bağa baxırdıq. Mayın boz , bərk torpağı bir gecənin içində paltar sabununa oxşayan qara və yapışqanlı palçığa dönmüşdü , gül dibçəklərinin arasıyla bulanıq iti arxlar axırdı .Analığım :- Axır ki , doyunca su işdilər , – dedi .Artıq o gülümsəmirdi , dünənki gümrahlığını yorğun bir ciddilik əvəz etmişdi .- Doydular da sözdü , – cavab verdim . – İşçilərə demək lazımdır ki , gülləri dəhlizə yığsınlar , yağış kəsənəcən orda qalsa yaxşıdı .Belə də elədilər , yağış isə böyüyürdü , bütün ağaclardan da iri bir ağac kimi böyüyürdü . Atam bazar günü dincəldiyi yerdə oturmuşdu , amma yağış barədə bir kəlmə də kəsmədi , elə bircə bunu dedi :- Gecəni çox pis yatmışam , səhərə yaxın belimdəki ağrıdan oyandım .Və beləcə ayaqları stolun üstündə , üzü bağa sarı kirimişcə oturduğu yerdəcə qaldı , yalnız bircə kərə ağzını açıb :- Deyəsən bu yağış heç vaxt kəsməyəcək – dedi .Mən isti ayları xatırladım , avqust ayını , günortanın sonu görünməyən donuqluğunu xatırladım , onda biz çox ləng ötən vaxtın ağırlığı altında can verməkdəydik , paltarımız tərli bədənimizə yapışmışdı , bayırda isə həmin o sonsuz vaxtın boğuq , zəhlətökən uğultusu eşidilirdi . Mən nəm divarlara baxırdım , taxtaların arasındakı deşiklər bir az da böyümüşdü . Kiçik bağımıza , anamdan qalma jasmin kollarına baxırdım , yelləncəkdə oturub yastığa söykənmiş atama , onun yağışın toranında azmış qüssəli gözlərinə baxırdım . Mən təzədən avqust gecələrini , min illər boyu paslı , yağlanmamış oxu ətrafında fırlanan planetin uğultudan savayı , heç nə eşidilməyən möcüzələrlə dolu səssizliyini xatırladım . Qəfildən bütün varlığımı dözülməz bir kədər bürüdü .Bazar ertəsi də yağış ara vermədən yağdı . Sonra mənə elə gəldi ki , bu yağış nə isə başqa cürdür , dünənki yağışdan büsbütün seçilir . Çünki qəlbimdə anlaşılmaz və çox acı hisslər baş qaldırmışdı . Mən axşam eyvanda oturmuşdum , qəfildən yanımda kimsə :- Necə də kədərli yağışdır , – dedi .Mən səs gələn tərəfə baxmasam da başa düşdüm ki , bu Martindir . O , yanımda oturub uzaq , tutqun bir dekabr səhərində ərim olduqdan sonra da dəyişməmiş soyuq və laqeyd bir səslə danışırdı .O vaxtdan beş ay keçmişdi , mən artıq boylu idim və Martin yanımda oturub həmin o laqeyd səslə yağışın ona qüssə gətirdiyindən gileylənirdi .- Amma mənim fikrimcə , yağış qüssəli deyil . Adamı sıxan bu boş bağ , bir də bu bədbəxt ağaclardır ki , heç yerə gedə bilmir .Bunu deyib Martinə baxmaq istədim , ancaq o , artıq yox idi , yerində güclə eşidiləcək bir səs qalmışdı :- Görünür bu yağış ömür – billah bizdən əl çəkməyəcək .Çərşənbə axşamı , səhər tezdən bağda bir inək gördük . Dizəcən palçığın içində , başını aşağı dikib durmuşdu və bu sərt , inadkar donuqluğu ilə gildən yoğrulmuş kiçik təpəyə oxşayırdı . İşçilər on daşa basdılar , ağacla döydülər , ancaq inək yerindən tərpənmədi , ayaqları palçıqda , yekə başına yağış döyə – döyə alınmaz qala kimi dayanıb durmuşdu , heç səsini də çıxarmırdı , amma işçilər də onu dinc buraxmırdılar , axırda atamın səbri tükəndi :- Əl çəkin ondan , – dedi , – özü necə gəlib , elə də çıxıb gedəcək , əl çəkin ondan .Günortadan sonra nəmişlik artdı , rütubətin çoxluğundan nəfəs almaq olmurdu , ürəyimiz sıxılırdı . Sübh çağının təmiz havası çox tez boğanaq bürküyə çevrilirdi . Havanın hərarəti nə çox yuxarı , nə də çox aşağıydı , əsl qızdırma havasıydı . Ayağımız tərləyirdi . Bilmək olmurdu ki , dəri açıq qalanda pisdir , ya paltara toxunanda . Bütün ev nəfəsini qısıb susmuşdu .Biz eyvanda oturmuşduq , artıq nə yağışa baxırdıq , nə suyun səsini dinləyirdik . Dumanda qaralan ağaclardan savayı heç nə görmürdük . Bu çarəsiz , cansıxıcı axşam yuxuda bir adamı görüb ayıldıqdan sonra dodaqlarıda duyduğun dad kimiydi , baş açmaq olmurdu ki , nə tamdı belə. Mən bilirdim ki , bu çərşənbə axşamıdı , ona görə Müqəddəs İyeronim yetimxanasındakı kor , ekiz bacıları xatırladım . Onlar hər həftə bizə mahnı oxumağa gəlirdilər . Yağış şırıltısı içindən mən sanki bacıların acı bir möcüzə duyulan səslə oxuduqları kədərli mahnılarını eşidirdim və düşünürdüm ki , indi onlar yetimxanada oturub səbirsizliklə yağışın kəsməyini gözləyirlər ki , gəlib öz mahnılarını oxusunlar . Bu gün ekizlər gəlməyəcəklər , deyə deyə düşünürdüm , hər çərşənbə axşamı nanə budağı istəməyə gələn dilənçi qızı da görməyəcəyəm .Bu gün yeməklərin qaydası da pozulmuşdu . Günorta analığım hərəmizə bir qab şorba ilə bir tikə kifsənmiş çörək verdi .Bazar ertəsindən bəri heç nə yeməmişdik. Yağış bizi elə ovsunlayıb təbdən çıxarmışdı ki ,təbiətin dəliliyinə müticəsinə tabe olduq . İnək yalnız axşam üstü yerindən tərpəndi , qəfildən onun içindən boğuq bir böyürtü qopdu , ayaqları bir az da zığın içinə batdı . Sonra o təzədən donub yerində qaldı , deyəsən artıq ölmüşdü , yalnız diri olmağa , uzun müddət yağışın altında durmağa vərdiş etdiyi üçün yerə yıxılmırdı , yarım saata qədər beləcə ayaq üstə qaldı , axırda bədəninin ağırlığı bu vərdişi üstələdi , qabaq ayaqları büdrədi , qatlandı , (qaramtıl , işıldayan sağrısını son cəhddə yuxarı qaldırmışdı ) , tüpürcəkli ağzı palçığın içinə quylandı və inək sanki ölüm mərasiminin ləyaqətini başa düşürmüş kimi bədəninin ağırlığına tabe olaraq ağır –ağır , səssizcə yerə çökdü .- Gör bir başımıaz nələr gəlir , – deyə kimsə arxadan dilləndiMən geri qanrılıb astanada durmuş dilənçi qızı gördüm . Yağışa baxmayaraq o , adəti üzrə nanə budağı istəməyə gəlmişdi .Qonaq otağına girəndə divarın yanına çəkilib üstündə mebel qalanmış stolu , içi qab – qacaqla dolu yeşikləri və bir gecədə quraşdırılmış körpücüyü görməsəydim , bəlkə də artıq çərşənbə axşamı bu üzücü dəhşətə birtəhər öyrəşərdim . Lakin qarşımda açılan mənzərə məndə tükürpərdən bir boşluq hiss doğurdu . Bu gecə nə isə baş vermişdi . Ev alt –üst olmuşdu , qurşağacan soyunmuş , şalvarlarını dizəcən qatlamış ayaqyalın işçilər mebeli yemək otağına daşıyırdılar . Onların sifətində , canfəşanlığında yağışa müti bir itaət hiss olunurdu . Mən boş – boşuna otaqları gəzirdim . Mənə elə gəlirdi ki , üstünü mamır , şibyə , yapışqanlı göbələklər basmış sulu – sucaqlı , çox qüssəli bir çəmənəm . Mən qonaq otağında dayanıb bu ürək sıxan mənzərəyə tamaşa eləyirdim ki , analığımın səsini eşitdim : “Qızım , sətəlcəm olarsan ”. Baxıb gördüm ki , ayaqlarım suyun içindədi , bütün otağı su basıb , döşəmə suvaşqanlı , durğun su ilə örtülüb .Günorta hava təzəcə işıqlanırdı , saat üçə yaxın isə yağışın aram , yeknəsək və amansız ritmi altında ətrafa yenidən xəstə və erkən bir qaranlıq çökdü . Divar boyu düzülmüş stullarda ayaqlarını yığaraq fağır – fağır əyləşmiş işçilərin lal – dinməzliyindən sakit və kədərli bir alatoranlıq doğdu . Elə bu vaxt küçədən xəbərlər gəlməyə başladı . Onları evə gətirən yox idi – özləri gəlirdilər . Dəqiq , bir – birinə oxşamayan bu xəbərləri sanki lehmə palçıqlı küçələrdən yığıb – yığışdırıb evə gətirirdi . Bazar günü baş vermiş hadisələri yalnız cümə axşamı öyrənə bildik , demə su kilsəinin içinə dolubmuş , kilsə təhlükə altındadı və hər an uça bilər . Axşamüstü kimsə :- Iki gündü qatar köroüdən keçə bilmir , – dedi . – Görünür çay relsləri yuyub aparıb .Sonra eşitdim ki , xəstə bir qadın yorğan – döşəyin içindən yoxa çıxıb , yalnız bu gün tapılıb , meyit patioda suyun içində üzürmüş .Bütün varlığımı dəhşət və ara verməyən yağış sanki məni ovsunlamışdı . Ayaqlarımı altıma yığaraq yelləncək – kresloda oturub gözlərimi qeyri – müəyyən qorxularla dolu , nəm zülmətə dikmişdim . Elə bu vaxt qapının ağzında analığım göründü , başını dik tutaraq əlindəki lampanı qabağa uzatmışdı , elə bil nəyisə axtarırdı . O , çox tanış bir ruha oxşayırdı , lakin bu ruh məndə heç bir qorxu doğurmurdu , çünki onun bu fövqəl –təbiiliyinə mən də şərik idim .Beləcə əlində lampa , başını dik tutaraq suyu şappıldada –şappıldada mənə yaxınlaşdı .- Dua elə ! – dedi .Onun quruyub qaxaca dönmüş sifəti çat –çat idi , elə bil indicə xortlayıb qəbirdən çıxmışdı . Bir əlində lampa , o biri əlində təsbeh qarşımda dayanıb :- Dua eləmək lazımdır , – deyirdi . – Su qəbirləri yuyub aparıb , biçarə ölülər qəbristanlıqda üzürlər.Həmin gecəni səksəkəli yatdım . Gecənin bir aləmində kəskin bir iy məni yuxudan oyatdı – adətən belə iy çürümüş cəsəddən , meyitdən gəlir . Mən yanımda xoruldayan Martini silkələməyə başladım :- Hiss eləyirsən ?O yuxulu – yuxulu soruşdu :- Nəyi ?- İyi , – dedim , – meyitlər küçələrdə üzürlər .Bu fikir məni dəhşətə gətirdi , lakin Martin arxasını mənə çevirərək xırıltılı və laqeyd səslə :- Sən allah , qoy yataq , – dedi . – Deyəsən səni qara basır .- Cümə axşamı üfunət çəkilib getdi , onunla birlikdə məsafə duyğusu da itdi . Cümə axşamı yox idi , onun yerinə nə isə cismən duyulan , həlməşik , qeyri –müəyyən bir şey vardı ki , gərək onu əlləriylə aralayıb cümə gününə girəydin . Qadınlar və kişilər arasındakı fərq də itib yoxa çıxdı . Atam , analığım ,fəhlələr şişib – şişib tuluğa dönmüşdülər , özü də elə bil yerimirdilər , bataqlıqda yırğalanırdılar .Atam dedi :- Mən qayıdanacan yerindən tərpənmə , gəlib hər şeyi danışaram .O , yanımda durub danışsa da , səsi elə bil çox uzaqlardan gəlirdi , səsin özündə də aydınlıq yox idi , sanki bu səsi qulağınla deyil , toxunub dəyməklə qavrayırdın , çünki bütün duyğular yoxa çıxmışdı , yalnız toxunduğuna inana bilərdin .Lakin atam qayıtmadı , o vaxtın içində itib yoxa çıxdı .Gecə düşdükdə analığımı çağırıb xahiş elədim ki , məni yataq otağına aparsın . Gecəni yaxşı yatdım . Ertəsi gün hər şey olduğu kimi qalmışdı ; rəngsiz , qoxusuz , hərarətsiz . Yuxudan oyanan kimi qalxıb çarpayıda oturdum və yerimdəcə donub qaldım : elə bil nə isə mənə şüurumun hansısa bir hissəsində hələ oyanmadığını deyirdi . Qəfildən mən yağışın əlindən baş götürüb qaçan qatarın uzun və kədərli fitini eşitdim . Düşündüm ki , yəqin hardasa yağış kəsib .Arxamda kimsə fikrimi oxuyurmuş kimi- Hardasa … – dedi .Diksindim : “ Kimdi bu? ”Dönüb arxaya baxanda analığımı gördüm . O , sümükləri çıxmış əli ilə divarın o tayını göstərirdi .- Eşitdin ? – deyə soruşdum .O cavab verdi ki , bəli , eşidib , görünür hardasa yağış kəsib , dəmiryol xəttini təmir ediblər . Sonra səhər yeməyi olan padnosu mənə uzatdı . Yeməkdən sarımsaq və inək yağının iyi gəlirdi . Şorba idi . Özümü itirərək soruşdum ki , saat neçədi . Analığım sakit , yorğun bir səslə :- Üçün yarısı olar , – dedi . – İndicə qatar keçdi, yağışa baxmayaraq yubanmır.Mən təəcübləndim:- Necə üçün yarısı olar? Yəni mən bu qədər yatmışam?Analığım dedi:- Sən lap az yatmısan, indi saat ancaq üç olar.- Bəyəm bu gün cümə günü deyil?Analığım sakit, çox sakit bir səslə:-Bu gün cümə axşamıdır, qızım, -dedi. Vur-tut cümə axşamıdır.Bu yarıyuxulu vəziyyətdə nə qədər qaldığımı bilmirəm, çünki bütün duyğular korlanmışdı, heç nə hiss eləmirdim, yalnız haçandan-haçana qonşu otaqdan səs eşitdim:- Çarpayını öz yerinə qaytara bilərsən.Səsdə yorğunluq yağsa da, bu xəstə deyil, sağalmaqda olan adamın səsi idi. Sonra mən nəyinsə kərpiç döşəmənin üzəriylə süründüyünü eşitdim. Bütün bədənim yay kimi gərilmişdi, yalnız bir müddətdən sonra çarpayıda uzanmış olduğumu başa düşdüm. Yavaş-yavaş özümə gəlirdim: əvvəl sonsuz bir boşluğu, sonra evin titrək və çılğın sükutunu, ətrafımdakı bütün əşyaların hədsiz donuqluğunu hiss etdim. Sonra qəfildən ürəyimin soyuyub buz parçası döndüyünü hiss elədim. “Ölmüşəm, – deyə düşündüm, – ilahi, mən ölmüşəm”! Yatağımdan sıçrayaraq qışqırdım:- Ada, Ada!Yanımdan Martinin laqeyd səsi gəldi:- Səni eşidən olmayacaq – evdə heç kəs yoxdur, hamı çıxıb gedib.Yalnız bundan sonra yağışın artıq kəsdiyini, ətrafa dərin və əsrarəngiz bir sükut çökdüyünü başa düşdüm. Eyvandan ayaq tappıltısı gəldi, aydın, həyat dolu bir səs eşidildi. Sərin meh astaca qapını itələdi, qıfılı çırmaqladı, sonra bərk bir şey şappıltıyla hovuzun içinə düşdü, görünür yetişmiş meyvə idi. Hava da nə isə qaranlıqda durub gülümsəyən canlının varlığından xəbər verirdi.Mən bir-birinə qarışmış günlərin, saatların içində azaraq düşünürdüm: “İlahi, əgər indi məni ötən bazar günü ibadətinə çağırsaydılar, zərrə qədər təccüblənməzdim”.**Nədənsə birdən o ayıldı. Sanki kimsə onu silkələmişdi.Sübh çağı bağda açılmış çiçəklərin rahiyəsi qonşu otaqdakı bənövşə və formaldehidin kəskin iyinə qarışaraq dalğa-dalğa içəri daxil olurdu.Yuxudan sonra o, özünə gəlməyə, sakitləşməyə çalışırdı.Deyəsən, səhər təzəcə açılmışdı. Açıq pəncərədən görünən mavi səma da, bostandakı ləklərin suvarılması da bundan xəbər verirdi.O, yarıqaranlıq otağa göz gəzdirdi.Həyacanlı surətdə belə qəfildən oyanmasının səbəbini aydınlaşdırmağa çalışdı. Ona elə gəlirdi ki, o, yuxudaykən otağa kimsə girib.Amma o, tək idi, qapı da bağlıydı: nə toxunan olmuş, nə də sındırılmışdı.Günəşin şəfəqləri pəncərədən içəriyə süzülrdü. Bir müddət gözlərini yumub hərəkətsiz halda uzandı.Gecə gördüyü yuxunun təsirindən gərilən əsəblərini sakitləşdirməyə, rahatlığını bərpa etməyə səy etdi. Qan dövranının kəskin zərbələrini boğazında, sonra sinəsində hiss elədi.Daha sonra qəfildən köksü təlatümə gəldi. Ürəyi uzun qaçışdan sonra olduğu tək qısa, qırıq-qırıq zərbələrlə döyünməyə başladı. O, yenidən yuxuladığı bu bir neçə dəqiqəni xəyalından keçirtdi.Görünür ki, o, çox qəribə bir yuxu görmüşdü.Bu, qarabasma da ola bilərdi. Yoxsa onun belə bir hala düşməsinə heç bir əsas yox idi.Onlar çox uzun bir qatarla, budaqlarında meyvələr əvəzinə qayçılar, ülgüclər və digər iti, kəsici əşyalar – bir sözlə, bərbər alətləri bitən ölü bir çöldən keçirdilər (Bunu indi xatırlayıram.Belə yerləri yuxuda tez-tez görürəm). Yadıma düşür: mənə oyanmaq lazım idi.O bu yuxunu tez-tez görərdi. Lakin heç vaxt yuxudan bu cür hövlank oyanmamışdı. Ağaclardan birinin arxasından bu yaxınlarda vəfat etmiş əkiz qardaşı əli ilə işarə edirdi (O ölməmişdən qabaq da, belə bir hadisə baş vermişdi).Qardaşı əl işarələrinin heç bir xeyri olmadığını başa düşüb, nəfəsi kəsilənəcən qatarın arxasınca qaçdı. Və axırda yerə yıxılarkən ağzından köpük daşmağa başladı.Əlbəttə, bu, axmaq, qeyri-real bir görüntü idi və burada xüsusi elə bir şey yox idi ki, narahatçılığa səbəb olsun.O, yenidən gözlərini yumdu. Gicgahlarında qanın sürəti elə şiddətləndi ki, sanki onu yumruqla döyəcləyirdilər. Budur, qatar darıxdırıcı, hüznlü, barsız bir peysajdan keçir.Birdən sol ayağında hiss etdiyi ağrıdan baxışlarını peysajdan ayırdı. Ayağına baxdı – dar ayaqqabı geyinmək lazım deyil – orta barmağında qəribə bir şiş gördü.Əlini adi qaydada cibinə salıb – sanki həmişə bu işlə məşğul olmuşdu – vintaçanı çıxartdı və çibanın ağzını açdı.Sonra vintaçanı yenidən göy qutuya – axı yuxu rəngli idi – yerinə qoydu.Çibanda çirkli, sarımtıl bir ipin ucu dim-dik dayanmışdı.Heç nəyə heyrətlənmədən, həmin ipdə qeyri-adi heç nə görməyib ehtiyatla onun ucundan yapışıb çəkməyə başladı. Bu, uzun, lap uzun bir ayaqqabı bağı idi. İp heç bir narahatlığa, ağrıya səbəb olmadan çəkildikcə gəlirdi.Bir anlıq başını qaldırdı: vaqonda ondan başqa heç kim yox idi.Kupelərin birində qadın paltarı geyinmiş qardaşını gördü.O, güzgü qarşısında dayanaraq qayçı ilə sol gözünü çıxarmağa cəhd edirdi.Əlbəttə, bu, xoşagəlməz yuxu idi. Ancaq o anlaya bilmirdi ki, ötən gecələr bundan daha dəhşətli, ağır yuxular görsə də, bu günki kimi təzyiqi qalxmamış, rahatlığı pozulmamışdı. Hiss etdi ki, əlləri buz kimidir.Bənövşə və formaldehidin qoxusu getdikcə artır, dözülməz olurdu.Bir neçə dəqiqə əvvəl yarımçıq qalmış yuxusunu yenidən davam etdirmək üçün gözlərini yumdu. Nə isə yaxşı bir şey haqqında düşünüb sakit-sakit nəfəs almağa çalışdı.Məsələn, fikirləşmək olardı ki, qardaşının dəfniylə bağlı hesabı ödəmək üçün bir neçə saatdan sonra dəfn bürosuna getmək lazımdır. Küncdə yorulmaq bilməyən cırcırama oxudu.Otaq quru, qırıq-qırıq səslə doldu.Gərilmiş əsəbləri yavaş-yavaş boşalmağa başladı. Hiss etdi ki, əzələləri açılışdıqca rahatlaşır.Yumuşaq yatağa uzandı. Çəkisini itirmiş yüngül bədəni xoş bir yorğunluq duydu. Əzaları sanki ona məxsus deyildi, onu torpağa bağlayan çəkisi də yoxa çıxmışdı.Halbuki, zooloji növlər nərdivanında özünə xas yeri, yəni bütün orqanlarının mürəkkəb arxitekturaya malik sistem və geometriyası onu həmin nərdivanın şüurlu canlılar iyerarxiyasında ən yüksək pilləyə qaldırılmışdı.Əl və ayaq barmaqları bir-birinə necə rahatlıqla keçirlərsə, göz qapaqları da gözün əlvan qişasını beləcə, yavaş-yavaş örtdü.Tədricən hərəkətdən qaldı. Bütün orqanizm sanki böyük, vahid, ayrıca bir orqana çevrildi.O – insan – ölümsüz oldu. Və başqa taley, daha dərin, möhkəm, əbədi, heç vaxt pozulmaz, sonuncu yuxu qazandı. O eşidirdi. Bayırda – hardasa dünyanın o başında – cırcıramanın səsi getdikcə yavaşıyır.Və tamam kəsilir. Zaman və məsafə onun içinə daxil olur, yeni və sadə anlayış qazanaraq böyüdükcə şüuruna hakim olan əzablı və fiziki həşəratla dolu, bənövşə və formaldehidin kəskin iyi hopmuş maddi dünyanı oradan silir.Sakitcə – hər küncü rahatlığın hərarətinə öyrəşən – hiss etdi ki, onun uydurucu gündüz ölümü necə də yüngüldür!O, indi də fərəhli səyahətlərə, sanki uşaq əliylə çəkilmiş, riyazi çalışmalardan, sevgi ağrılarından və cazibə qüvvəsindən uzaq xəyali, ideal bir dünyaya baş vurdu.Demək çətindir, o, yuxu ilə reallığın nazik sərhəddi arasında nə qədər vaxt keçirmişdi, amma xatırladı ki, birdən, elə bil boğazına bıçaq çəkdilər. Və çarpayıda dik oturdu.Hiss etdi ki, onun ölmüş, əkiz qardaşı çarpayının ayaq tərəfində oturub. Yenə əvvəlki tək ürəyi sanki yümrüq kimi sıxılıb boğazına elə tıxandı ki, dik atıldı.Təzə doğulan şəfəq, özünün kökdən düşmüş alətciyi ilə sukutu pozan cırcırama, baxçanın çiçəklər dünyasından əsib gələn sərin meh – bütün bunlar onu real həyata qaytardı. Ancaq bu dəfə o, nədən diksindiyini xatırlayırdı.Bu qısa, yuxusuz keçirdiyi dəqiqələrdə – mən indi bu haqqda özümə hesabat verirəm – həmçinin bütün gecəni, ona elə gəlirdi ki, o, sanki heç bir mənası olmayan yuxu görür.Əslində isə onun şüurunda hər şeydən ayrı mövcud olan, idrakının müqavimətindən, iradəsindən asılı olmayaraq beynində özünə yer edən daimi, dəyişməz bir surət var idi.Bəli, hansısa bir fikir – o, heç özü bunu hiss etməmişdi – onu bürümüşdü, içini doldurmuşdu, bütün varlığına hakim kəsilmişdi. Sanki bir pərdə yaranmışdı. Bu tərpənməyən pərdə bütün qalan fikirlərinə sərhəd çəkmişdi.Onun gecə və gündüz fikir dramasının dayağı və başlıca onurğa sütunu qardaşı idi.Əkiz qardaşının ölü bədəni haqqında fikir beyninə mismar kimi sancılmış, həyatının məğzinə çevrilmişdi.Orada, onu xırda bir parça torpaqda saxladıqlarını, göz qapaqlarının yağış damcılarından səksəndiyini düşündükcə qorxmağa başladı.O, heç ağlına belə gətirməzdi ki, zərbə bu qədər güclü olacaq.Açıq pəncərədən yenidən içəri ətir doldu. İndi bu rayihədən qardaşının sümükləri basdırılmış nəmli torpağın qoxusu gəlirdi. İybilmə duyğuları daha gərgin işləməyə başladı və onu qorxunc, heyvani sevinc bürüdü.Sanki onun yaralı it kimi mələfə altında qıvrılaraq inildədiyi andan artıq bir neçə saat ötmüşdü.Ancaq qardaşının sonuncu boğuq qışqırığı elə bil onun qurumuş boğazına dolurdu. Kürəyi ilə sürüşüb şişin lap içinə soxulan ağrını dırnaqları ilə parçalamaq istəyirdi. Əkiz qardaşının can verdiyi son dəqiqələri xatırladı.Və onun sabit, əbədi, ölümün özü kimi reallığın hökmü altında olub və bu reallığa üsyan edən, can verən heyvan kimi necə çırpındığını unuda bilmirdi. Qardaşı dırnaqlarıyla həyatın axırıncı tikələrini yığmaq üçün divarı cırmaqlayırdı.Barmaqlarından süzülən qan həyatın özü kimi axdıqca, ağrı onun cismini doymaq bilməyən zalım qadın kimi əridirdi. Sonra o, özü yorulmağa vaxt tapmamış əzik-üzük, səliqəsiz yatağa uzandı.Alnını tər basmışdı, köpüklənmiş dodaqlarında əcayib bir gülüş donmuşdu və ölüm boz kimi bütün bədənini örtmüşdü. Ölü qardaşının qarnındakı dəhşətli şişi qəfildən xatırladı.(Mən onu yumru – indi də o, həmin hisləri keçirirdi – daxilən şişən, dözülməz, günəş kimi təsəvvür edirdim).Sanki hansısa həşərat öz caynaqlarını onun daxilinin ən dərin qatlarına uzadırdı.(O hiss etdi ki, orqanizmində nə isə nasazlıq yaranıb. Hətta bu fəlsəfi anlamda başa düşüləsi olsa da).(Yəqin ki, məndə də qardaşımındakı şişdən olacaq. Əvvəlcə bu xırda bir köp olacaq. Sonra böyüyəcək, qol-budaq atacaq, bətnimdə döl kimi böyüyəcək. Yəqin ki, həmin şiş içimdə uşaqlunatik qeyziylə hərəkətə gələndə , köp kimi vurnuxanda hiss edəcəyəm).Kəskin ağrıdan qurtulmaq üçün əliylə qarnını sıxdı. Sonra həyəcanla əllərini qopaqpərvər, isti sığınacağa – bətnindəki uşaqlığı tapmaq ümidiylə qaranlığa uzatdı.Onsuz da bu arzu əlçatmaz idi. O, bunu bilmirdi ki, bir-birinə dolaşmış, yüzlərlə pəncəsi olan bu fantastik varlıq uzun, sarımtıl göbək bağına çevriləcək.(Bəli, yəqin mənim də mədəmdə – təzəcə ölmüş qardaşım kimi – şiş yaranacaq).Baxçadan gələn qoxu getdikcə şiddətlənir, xoşagəlməz, ürək bulandıran qoxuya çevrilirdi. Zaman elə bil sübh çağı donmuşdu.Pəncərədən süzülən sübh şəfəqləri qıcqırmış südə oxşayırdı. Gecəni qonşu otaqda saxlandığından formaldehidin güclü qoxusu ətrafı bürümüşdü.Bu, əlbəttə, baxçadan gələn qoxudan fərqliydi. Bu heç də çiçəklərin ətrinə oxşamayan, həyəcan doğuran xüsusi bir ətir idi.Bircə dəfə duymaq bəs idi ki, bu meyit qoxusu heç vaxt unudulmasın.Adamı təqib edən, nəfəsini təntidən bu formaldehid qoxusu anatomiya kabinetinə xas idi. O, loboratoriyanı xatırladı: Spirtə qoyulmuş daxili orqanlar, quşların müqəvvaları.Formalin hopdurulmuş dovşanın əti qaxaca dönür, öz elastikliyini itirib ölməz, əbədi formaldehidli dovşana çevrilir. Bu qoxu haradandır? Bəli, çürümənin qarşısını almaq üçün yeganə üsul.Əgər insanın damarlarını formalinlə doldursan, spirtlənmiş anotomik nümunəciklərə çevriləcək.Yenidən yağışın gücləndiyini yarımaçıq pəncərənin şüşələrini sanki çəkiclə döyəclədiyini eşidirdi. Adamın yuxusunu qaçıran tərtəmiz hava soyuq rütubətiylə içəri doldu.Əlləri elə soyumuşdu ki, sanki damarlarında formalin axır. Soyuq dərisindən keçib sümüklərinə işlədi. Ora çox rütubətlidir. O, qış gecələri barədə acı-acı düşündü.Yağış otları isladacaq, rütubət qardaşının böyrünə işləyəcək və su onun bədənində qan dövranı kimi dövr edəcək.Ölülərin qan dövranı sistemi də başqa cür olmalıdır.Bu da onları ölümün ayrı pilləsinə – sonuncu, gedər-gəlməz pilləsinə aparır.O bu an istədi ki, yağış dayansın, yaydan savayı heç bir fəsil olmasın.Ürəyindən belə bir istək keçdiyi məqamda, bayırdakı nəmli parıltı onu qıcıqlandırırdı.O arzuladı ki, məzarlıqdakı torpaq daima quru qalsın.Axı iki həftə bundan əvvəl basdırdıqları insan – rütubət onun iliyinə qədər yeriyib – torpaq altda uzanıb və artıq daha özünə oxşamır. Onlar iki damla su kimi bir-birinə bənzəyən əkiz idilər.İlk baxışdan onları bir-birindən ayırmaq qeyri-mümkün idi. Əvvəllər onlar qardaş idilər, hər biri öz həyatını yaşayırdı və onların hər ikisi bir-birindən ayrı yaşayan, sadəcə, əkiz qardaşıydılar.Ruhən onları heç nə bağlamırdı. Fəqət indi qəddar, dəhşətli reallıq onurğasız heyvan tək kürəyində sürünərkən, vahid bir sistem pozulmuş, boşluğa oxşar nəsə yaranmışdı.Elə bil onun bədənində uçuruma bənzər dərin bir yara açılmışdı.Yaxud da qəfildən onun bədənini balta ilə iki yerə bölmüşdülər. Əlbəttə, bu konkret anotomik cizgilərə, kamil həndəsi şəklə malik indi yalnız qorxu hissi keçirən fiziki cisim deyildi, başqa bir bədən idi.Ondan uzaq, onunla bigə anasının qarnında sulu zülmətə atılmış, sonra buradan dünyaya gəlmiş, köhnə nəsil şəcərəsinin budaqlarına qalxmışdı.Onlarla bahəm qanlarında dörd cüt ulu babaları yaşayırdı.Bununla dünya özünün sirli harmoniyasını qoruyurdu. Ola bilsin ki, onun damarlarında İsaak və Rebekkanın qanı axır.O, bəlkə də onun dabanından yapışıb dünyaya gələn qardaşının yerində ola bilərdi.Həmin qardaşı ki, neçə-neçə nəsillərin məzarından, gecədən-gecəyə, öpüşdən öpüşə, sevgidən sevgiyə sanki alatoranda səyahət edərək arteriya və toxumalardan keçib, nəhayət, doğma anasının bətninə – uşaqlığına gəlib çatmışdı.İndi tarazlığın pozulduğu, bərabərliyin qəti olaraq həll edildiyi məqamda, geneoloji marilrut ona real və əzablı görünürdü.Başa düşürdü ki, onun şəxsi harmoniyasında, adi, cözlə görünən bütövlüyündə nəsə çatmır: «İsavın dabanından tutub Yakov sonra çıxdı». Qardaşı hələ ağrıyanda onda belə bir hiss yox idi.Çünki ağrı və qızdırmadan eybəcərləşmiş sifəti, qəribə tərzdə uzanmış saqqalı ilə heç özünə belə oxşamırdı.Ölümün qəti olaraq üzərində qələbə çaldığı qardaşı uzanıb sakitləşən kimi o, tez «meyiti qaydaya salmaq» üçün bərbəri çağırdı. İşləməkçün özünün bərq vuran alətləri ilə ağ geyimlə şəxs gələrkən o, özüdə burada idi – divara sıxılmışdı.Usta cəld hərəkətlə ölünün saqqalını sabun köpüyü ilə elə örtdü ki, köpük az qala onun ağzınada dolmuşdu. (Mən qardaşımı ölüm qabağı belə görmüşdüm). Bərbər elə asta-asta onun üzünü qırxmağa başladı ki, sanki hansısa qorxunc bir sirri öyrənməyə çalışırdı.Və onun ağlına dəhşətli bir fikir gəldi. Bu fikir onu diksindirdi.Ülgücün tiyəsi solğun, ağrıdan tamamilə dəyişmiş əkiz qardaşının üzünü təmizlədikcə, o, dəhşətli hərəcədə hiss edirdi ki, bu ölü bədən heç də ona yad deyil, onunla vahid bir tam olan yer orqanizmidir.Hal-hazırda baş verənlər isə sadəcə, onun özüyçün bir məşqdir. Üzünü qırxarkən onda qəribə bir hiss yarandı: ona elə gəldi ki, o, güzgü qabağında olarkən valideyinləri qardaşının əksini dartıb oradan çıxarmışlar.Və indi düşünürdü ki, bütün hərəkətlərini təkrar edən əksi ondan asılı deyil. O, hər səhər üzünü qırxarkən öz əksini çox görmüşdü. Lakin indi dramatik bir səhnəylə üzləşmişdi.Onun şəxsən fiziki iştirakına baxmayaraq, başqa birisi güzgüdəki əksinin saqqalını qırxırdı.O, tam əmin idi ki, əgər indicə güzgüyə yanaşsa, orada heç nə görməyəcək. Baxmayaraq, fizikanın qanunları bu hadisəni heç vəhclə izah edə bilməzdi. Bu, şüurun ikiləşməsi idi!Onun oxşarı – əkiz tayı ölü idi!O, içinə hopmuş ümidsizlikdən yaxa qurtarmağa çalışdı. Barmaqlarıyla möhkəm divara əl gəzdirdi. Divar sanki donmuş axın idi. Dəllək işini bitirdi və qayçının ucuyla mərhumun gözlərini örtdü.O, Cism dünasından dözülməz tənhalıqla köçmüşdü, indi onun içində zülmət titrəyirdi. Daha onlar tənha idilər: bir-birindən seçilməyən, usanmadan bir-birlərini təkrar edən qardaşlar.Və o bu məqamda belə bir qərara gəldi: əgər iki təbii varlıq bir-birinə bu qədər bağlıdırsa, deməli, nəsə gözlənilməz, qeyri-adi bir hadisə baş verməlidir.Təsəvvürünə gətirdi ki, fəzada iki cismin bölünməsi görüntüdən başqa bir şey deyil. Əslində, onların təbiəti vahid və ümumidir. Beləki, ölü parçalanmağa başladımı, o zaman o da – canlı da daxilən çürüməyə başlayacaq.O, yağışın yenidən var gücüylə pəncərənin şüşəsini döyəclədiyini, cırcıramanın isə öz sarı simini diddiyini eşidirdi.Cansız soyuq əllərini tamam buza döndərmişdi. Formaldehidin kəskin qoxusu onu düşünməyə vadar edirdi ki, bu iy ona müraciət kimi buzlu torpaq çuxurda çürüyən qardaşından gəlir.Əlbəttə, bu, cəfəngiyyat idi! Görünür, hər şey baş-ayaq çevrilmişdi.Hər hansı təsiri o, – özünün enirjisi, canlı hüceyrələri ilə – yaşayan kimiydisə o da etməliydi! Və əgər – belə olsaydı – qardaşı onun kimi sağ qalacaqdı, həyat və ölüm arasındakı tarazlıq onu – yəni özynü – çürüməkdən qoruyacaqdı.Lakin onu bu işə kim inandıracaq? Məgər basdırılmış qardaşının toxunulmaz qalması mümkün olacaq?Yaxud çürümə özünün cöyümtül caynaqları ilə canlının cisminə dolacaq?Düşündü ki, sonuncu fərziyyəsi daha ağlabatandır və təslim olub özünün ölüm saatını gözləməyə başladı. Cismi yumuşalıb şişdi. Ona elə gəldi ki, hansısa mavi rəngli maye bütün bədəninə doldu.Bir-birinin ardınca bütün əzalarının qoxusunu hiss etdi. Amma qonşu otaqdan gələn formalinin iyi onda tanış, soyuq titrətməyə səbəb oldu.Daha sonra heç nə onu narahat etmədi. Cırcırama otağın küncündə yenidən mahnısını oxumağa başladı. Təmiz səmadan süzülən böyük, yumru bir damla otağın tən ortasında sallanırdı. Eşidirdi. Budur, o, düşdü.Heç təəccüblənmədi də. Bilirdi ki, köhnə taxta dam həmin yerdən çürüyüb.Və təsəvvür etdi ki, o sehirli damcı sərin, səma kimi, su kimi sonsuz, xeyirxah və mehribandır. O, göylərdən – məhəbbət, həzmetmə və ya əkəzlərin həyatı kimi idiot şeylərin oalmadığı gözəl həyatdan, səmadan gəlmişdi.Bəlkə də bu damla bir saat, yaxud min il sonra bütün oatğı dolduracaq və bu fani qurğunu, heç kəsə lazım olmayan bu substansiyanı əridəcək.Bəlkə də – niyə də yox – hər şey bir neçə andan zülal və zərdabdan ibarət qatı horraya çevriləcək.Daha heç bir fərqi yoxdur. Məzarı ilə onun arasında yalnız şəxsi ölümü dayanır.O, artıq taleyiylə barışmışdı. Qəfildən ağır, yumru bir damlanın mənbəyindən qoparaq necə səs-küylə düşdüyünü eşitdi. Bütün bunlar haradasa başqa bir dünyada, mənasız və cəfəngiyyat dolu, şüurlu canlıların yaşadığı dünyada baş verirdi.
OXŞAR XƏBƏRLƏR