“Elə bilirik ki, bir az pulu olanın dədəmizə borcu var…”

“Elə bilirik ki, bir az pulu olanın dədəmizə borcu var…”
SOSİAL
13:16 12.04.2020
3525
"Ələbaxımlılığa öyrənmişik, umduğumuz yerlərin sayı sonsuzluğa doğru uzanır. Elə bilirik ki, bir az pulu olan insanın dədəmizə borcu var və öz pulunu bizlə bölməlidir”.

Bu sözləri aparıcı Murad Əzimzadə sosial media hesabında yazıb.

O, tənbəl olub iş görmək istəməyən şəxsləri tənqid edib:

"Çox yox bircə dəfə əlimizi, ayağımızı tərpədib həyatda qalmaq üçün bir iş görmürük, əksinə, can çəkirik. Məsələn, təkcə bizdə yaşı 25-dən yuxarı olan övlada valideyn iş axtarır - "əli-ayağı” təmiz iş, qalstuklu, oturaq, qonşunun-qohumun uşağının işindən geri qalmayan iş. Sonra övlad da o işi bəyənmir, "çak-çuku” yox idi deyib çıxır. Beləcə, gündəlik işi bir çaynik çay, bir paket günəbaxan tumu, "çırta-çırt” və hamını asıb kəsmək olur. Sonda isə insanlara, seçilənlərə, uğur qazananlara aqressiv zəhərini tökməyə başlayır. Dünya gözümüzün önündə dəyişir, yeni mərhələyə keçir. Bu "romantik” insanlıq hallarından yeni düşüncə modullu insana çevrilməliyik. Yoxsa virus bizi aparmamış, öz-özümüzə yox olacağıq”.
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR