‘Elə bilirlər problemim yoxdur, 3 banka borcum var’- Rəqqasə Fatimə

MAQAZİN
18:30 03.03.2014
1377

Bu dövlətdə yaşayan hər bir vətəndaşın əsas borcu qazandığı gəlirdən dövlətə vergi ödəməkdir. O, cümlədən müğənnilərin. Bir necə gün öncə Vergilər Nazirliyinin şou-biznes nümayəndələrinə vergi ilə bağlı xəbərdalığı bu gün ANS telekanalında yayımlanan "Günə baxan" verilişində müzakirə mövzusu olub.

İki il öncə Dövlət Sosial Müdafiyə Fondu ilə problemləri olan rəqqasə Fatimə veriliş zamanı bu barədə ətraflı danışıb: "Bir insanın əgər qazancı varsa, deməli vergi ödəməlidir. O ki, qaldı mənim iki il öncə olan problemlərimə, sözün əsl mənasında başım çox ağrımışdı. Artıq 8 ilə yaxındır ki, muğam teatrının solisti idim. O vaxt orada işləyəndə fond bizim əmək haqqımızdan çıxırdı. Bunlara baxmayaraq problem yaşandı, ondan sonra isə mən hər bir borcumu ödədim. Allaha şükür olsun hal-hazırda problemim yoxdur".

Rəqqasə biznes ledi olaraq rəqs məktəbi, xına mərasimləri və s. işlərindən bəhs edərək hər bir işini qanun ilə gördüyünü, vaxtı-vaxtında vergilərini ödədiyini açıqlayıb: "Mən heç vaxt efirə yalandan danışmamışam. Açıq deyə bilərəm ki, mənim özümüm 3 banka borcum var, kredit götürmüşəm. Göz qabağında olduğumuz üçün bizi xoşbəxt və problemsiz sanırlar. Amma mən bir rəqsi ərsəyə gətirmək üçün günlərlə işləyirəm. Bunun paltarı var, aksesuarı var. Mən ucuz dizaynerlərlə işləmirəm, bir rəqsin ərsəyə gəlməsi üçün çox pul gedir".

OXŞAR XƏBƏRLƏR