“Elə birini tapsam, mən də ərə gedərəm” - Kənan MM danışdı

“Elə birini tapsam, mən də ərə gedərəm” - Kənan MM danışdı
MAQAZİN
22:33 14.11.2023
358
Baku TV-də yayımlanan "Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayının qonağı rejissor, aktyor Kənan Mahmudov olub.

Rejissor özünü dəyişməyə uzun müddət sərf etdiyini söyləyib:

"Mən yalnız özümü dəyişməklə məşğul olmuşam. Bu, uzun müddət alınmayıb. Yaradıcılığımda bəzi şeyləri yanlış etmişəm. Bunun da fərqindəyəm”.

Münasibətlərdən danışan aktyor səhvlə xəyanəti eyni tərəziyə qoymağın düzgün olmadığını vurğulayıb:
"Səhv edən insanı bağışlamaq olar. Amma xəyanət belə deyil. Onu qabaqcadan beynində qurursan. "Təsadüfən xəyanət etdim” deyə bir şey yoxdur”.

K.Mahmudov qadınların kişilərdən gözləntisinin çox olmasından gileylənib:

"Qadınlar üç kişini bir arada istəyirlər: milyonçu, idmançı olsun, işimə qarışmasın. Eləsini tapsam, mən də ərə gedərəm”.

OXŞAR XƏBƏRLƏR