"Mövsüm ərzində çox danışdıq. Bu gün sözün bitdiyi yerdi. Bu gün komanda düzgün yoldadı. Ola bilər oyunumuz kiminsə xoşuna gəlmir”.
Bu sözləri "Neftçi’nin baş məşqçisi Samir Abasov deyib.
‘Neftçi” ilə ölkə çempionu olan Abasov daha sonra penaltı epizodları haqda bunları deyib:
"Xayme Romeronun epizodu penaltı deyildi. Belə oyunlarda elə penaltidən danışmaq olmaz. Ancaq yenə deyirəm, gərək həmin epizodlarda diqqətlə baxaq”.
///İdmanxeber.az