Meyxanaçı Ələkbər Yasamallı həmkarı Aqşin Fatehi sərt şəkildə tənqid edib.
AZXEBER.COM xəbər verir ki, "Xəzər TV”də yayımlanan "Hər şey daxil" verilişində qonaq olan Ələkbər Aqşin haqda bunları deyib.
"Aqşin dostumuzdur, amma elə mövzular var ona girməməlidir. Girsə batar. Bu dəqiqə elə dövrdü ki, insanlara geyimə görə qiymət vermək olmaz. Elə geyinən qadınlar var ki, qardaşları Aqşindən qat-qat yaxşı oğlandır. Bəzən də baxırsan oğlandır cırıq-cırıq şalvar geyinir, ona da bir söz deyə bilməzsən”.
Prodüser Tarix Əliyev Aqşinin yenidən sənətə qayıtmasını belə izah edib:
"Aqşin geri dönəndə belə bir obraz yaratmışdı ki, meyxana sənəti uçuruma gedirdi ona görə qayıtdım. Ancaq o da alınmadı."
Meyxanaçı Ələkbər isə onun sənətə qayıtmasını düzgün hesab etmədiyini deyib:
"Aqşin istəyir incisin istəyir, istəyir inciməsin. Ancaq mən bir söz desəm onu edərəm. Desəm ki, gedirəm birdəfəlik gedərəm, qayıtmaram. Qayıtsam da elə qayıdaram ki, hamı mənə hörmət qoysun. Kiməsə irad bildirmərəm. Ona görə gərək evdə oturaydı”.
Nazim Gasimzadeh