“Elektrik enerji stansiyalarına zərbələrin endirilməsi olduqca təhlükəlidir" - Politoloq

“Elektrik enerji stansiyalarına zərbələrin endirilməsi olduqca təhlükəlidir" - Politoloq
SİYASƏT
10:37 22.03.2026
190
ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt açıqlama ilə çıxış edib. O, özünün "Truth Social” hesabında bildirib ki, əgər 48 saat ərzində Hörmüz boğazı tam şəkildə blokadadan çıxarılmasa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirməyə başlayacaq. Onun sözlərinə görə, hücumların ilk hədəfi İslam Respublikasının ən böyük enerji obyekti olacaq.

"Cənubi Qafqaz Araşdırmalar Mərkəzi”nin rəhbəri Fərhad Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, müharibə dövründə Tramp belə bəyanatlar verir:

"Müharibə dövründə Tramp belə bəyanatlar verir. Bu, həm İrana bir mesajdır, həm də mümkün danışıqlarda ABŞ tərəfindən irəli sürüləcək tələblərin bir hissəsidir. Digər tərəfdən, bu açıqlamalar Körfəz ölkələrinə və NATO müttəfiqlərinə ünvanlanıb ki, onlar da münaqişəyə daha fəal şəkildə qoşulsunlar”.

Politoloq qeyd edib ki, elektrik enerji stansiyalarına zərbələrin endirilməsi olduqca təhlükəlidir:

"Elektrik enerji stansiyalarına zərbələrin endirilməsi olduqca təhlükəlidir. Çünki İran da öz növbəsində qonşu ölkələrin elektrik enerji infrastrukturunu hədəf ala bilər. ABŞ-nin mövcud mərhələdə belə bir addım atacağını düşünmürəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR