BAKU AZƏRBAYCAN
7°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Elektrik enerjisi ilə bağlı YENİ QƏRAR

Elektrik enerjisi ilə bağlı YENİ QƏRAR
SOSİAL
11:17 20.04.2019
6724
YENİ QƏRAR" />
Baş nazir Novruz Məmmədov "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında dəyişiklik edib. 

AZXEBER.COM xəbər verir ki, qərara aşağıdakı dəyişiklik olunub.

1-ci hissədə "24 (iyirmi dörd)” rəqəmləri və sözləri "20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz edilib.


2. 2-ci hissədə "12 (on iki)” rəqəmləri və sözləri "10 (on)” rəqəmləri və sözü ilə əvəz edilib. 

3. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği”nin adında "24 (iyirmi dörd)” rəqəmləri və sözləri "20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz edilib. 

4. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği”nin adında "12 (on iki)” rəqəmləri və sözləri "10 (on)” rəqəmləri və sözü ilə əvəz edilib.

OXŞAR XƏBƏRLƏR