“Elektron siqaretlər gənclərin daha çox siqaret çəkməsinə səbəb olur” - ARAŞDIRMA

MARAQLI
13:46 20.04.2023
306
Araşdırmalar göstərir ki, həm siqaretdən, həm də elektron siqaretdən istifadə edən yeniyetmələrin 18 yaşına çatdıqda siqaret çəkmə ehtimalı yalnız tütündən istifadə edənlərə nisbətən iki dəfə çoxdur.

AZXEBER.COM xəbər verir ki, amerikalı tədqiqatçılar qrupu Böyük Britaniyada 1000-dən çox gəncin və 15 yaşından əvvəl siqaret çəkən 800-ə yaxın ABŞ yeniyetməsinin məlumatlarını təhlil edib.

Müvafiq olaraq, onlar 15 yaşından kiçik olan və elektron siqaretə başlayanların gələcəkdə siqaret çəkmə ehtimalının daha yüksək olduğunu müəyyən ediblər.

"BMJ Tobacco Control” jurnalında dərc edilən məlumatlara görə, 18 yaşına qədər elektron siqaret istifadəçilərinin 37%-i, yalnız tütün istifadəçilərinin 23%-i ağır siqaret çəkən hesab olunur.

Tədqiqatçıların fikrincə, yeniyetməlik dövründə elektron siqaretdən istifadə edən insanlar daha çox yeniyetmə yaşlarında siqaret çəkməyə davam edirlər.

Onlar siqaret çəkənlərin siqareti tərgitməsinə kömək etdiyi sübut edilmiş cihazların xüsusilə gənclər arasında zərərli ola biləcəyini ifadə ediblər.

Ayşən

OXŞAR XƏBƏRLƏR