Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən ayrıldı

Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən ayrıldı
SOSİAL
15:24 22.02.2023
155
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Şahin Əliyev vəzifəsindən ayrılıb.

"Report”un əldə etdiyi məlumata görə, o, Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Samir Rəsulova həvalə edilib.

ETX-dən faktı təsdiq ediblər.
OXŞAR XƏBƏRLƏR