"Elektronikin macəraları" filminin aktyoru vəfat etdi

"Elektronikin macəraları" filminin aktyoru vəfat etdi
MAQAZİN
18:33 13.03.2026
223
Məşhur Sovet filmi "Elektronikin macəraları" filmində "Makar Qusev" rolu ilə tanınan aktyor Vasili Skromnı vəfat edib.

AZXEBER.COM  xəbər verir ki, aktyor 61 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Vasili Skromnı bir neçə ay xərçənglə mübarizə aparıb və kimyaterapiya kursu keçib. Müalicə zamanı yaranan ürək problemləri isə vəziyyəti daha da ağırlaşdırıb.

Qeyd edək ki, Vasili 1980-ci illərdə sözügedən filmlə məşhurlaşıb. Gənc aktyor film böyük uğur qazansa da, həyatını kino ilə bağlamayıb. O, daha bir neçə filmdə çəkildikdən sonra dənizçilik məktəbinə daxil olub və donanmada çalışıb.
OXŞAR XƏBƏRLƏR