Məşhur italiyalı aktyor Çelentanonun qızı Rosita Çelentano atasını 88-ci doğum günü münasibətilə təbrik edib.
AZXEBER.COM xəbər verir ki, Rosita onun şəxsi həyatı haqqında danışıb.
İtalyan kino ulduzunun varisi iddia edir ki, valideynləri yaşlarına baxmayaraq romantik münasibətlərini qoruyub saxlayıblar.
"İllər keçdikcə onlar bir o qədər 18 yaşlı cütlüyə bənzəyirlər; ilk gün kimi yenidən aşiq olurlar və tez-tez gülürlər. Anam çox komikdir".
Aktyorun qızı qeyd edib ki, valideynləri xəyanət də daxil olmaqla bir çox sınaqlara dözdükləri üçün güclü münasibətlərin qeyri-ənənəvi nümunəsidirlər.
Aysel








































