Ələsgər Məmmədli ilə bağlı qərar verildi

Ələsgər Məmmədli ilə bağlı qərar verildi
SOSİAL
13:50 15.03.2024
158
"Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.

Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Məmmədli qaçaqmalçılıqda ittiham edilir.  
OXŞAR XƏBƏRLƏR