Ələt-Astara avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report”un məlumatına görə, hadisə nəticəsində 1998-ci il təvəllüdlü Etibar Əliyev, 2016-ci il təvəllüdlü Sadiq Əsgərli, 2008-ci il təvəllüdlü Yusif Ağayev və 1983-cü il təvəllüdlü Mətanət Əsgərova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.










































