Ələt-Astara avtomobil yolunda YANĞIN: Tıxac yarandı - FOTO

Ələt-Astara avtomobil yolunda YANĞIN: Tıxac yarandı - FOTO
SOSİAL
20:25 31.05.2017
1014
Bu dəqiqələrdə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən 41-ci km-də, 5 saylı Cəzaçəkmə müəssisəsinin yaxınlığında avtomaşınların böyük tıxacı yaranıb.
 
AZXEBER.COM xəbər verir ki, tıxacın yaranmasına səbəb yolda hərəkət edən ot bağlamaları ilə dolu "TIR"-ın alışaraq yanmasıdır.
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, yük qoşqusuna həddindən artıq hündürlükdə ot tayası vurulması onun yolun üzərindən keçən elektrik xəttinə toxunmasına səbəb olub. Yaranmış qısaqapanma nəticəsində quru ot yanaraq yola dağılmağa başlayıb və ətrafı qatı tüstü bürüdüyündən göz-gözü görmür. Bu da avtomobillərin yolda hərəkətini dayandırmasına səbəb olub.
 
Hazırda hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovu söndürməklə məşğuldurlar.
 
Virtual.org
 


OXŞAR XƏBƏRLƏR