Ələt-Astara magistral yolunda işıqlandırma PROBLEMİ - VİDEO

Ələt-Astara magistral yolunda işıqlandırma PROBLEMİ - VİDEO
SOSİAL
22:56 12.02.2026
723
Yolda işıqlandırmanın olmaması həm piyadalar, həm də sürücülər üçün  problemlərə səbəb olur.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət köhnə Ələt- Astara  maqistiral yolunun  Salyan rayonunun Yenikənd kəndi  ərzisindən keçən hissəsindən gedir.

Sözügedən yol bir vaxtlar  ölkənin cənubunu paytaxtı ilə birləşdirən əsas  maqistiral hesab edilirdi. Yeni Ələt-Astara maqistral yolu inşa edildikdən sonra  köhnə yolla diqqət azalıb.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, ərazidə hər hansısa işıqlandırma sistemi olmayıb.

O da bildirildi ki, gələcəkdə qeyd edilən ərazidə belə bir layihə nəzərdə tutularsa movcud problemin aradan qaldırması istiqamətində tədbirlər görülə bilər.

OXŞAR XƏBƏRLƏR