Ələt-Astara magistralında ağır qəza- Yaralılar var

SOSİAL
10:33 12.05.2016
2184
Ələt-Astara magistralında minik avtomobili traktorla toqquşub.
Magistralın 117-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində "Ford" markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Bəkirov Nəsib Bəkir oğlu və sərnişini, 1973-cü ildə anadan olmuş Paşayev Yalçın Saleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Lent.az

OXŞAR XƏBƏRLƏR