Ələt-Astara yolunda ağır qəza - Sürücünü maşından çıxara bilmirlər - VİDEO

Ələt-Astara yolunda ağır qəza - Sürücünü maşından çıxara bilmirlər - VİDEO
SOSİAL
20:25 21.06.2019
4913

Ələt-Astara magistralının şəhərə doğru istiqamətində, Yeni Yasamal ərazisindəki dairəvi yolda ağır qəza baş verib.

AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, idarəetməni itirən sürücü avtomobilini yol kənarındakı dəmir konstruksiyaya çırpıb.

Kadrlardan da aydın görünür ki, ətrafdakı insanlar maşının içərisində köməksiz vəziyyətdə qalan sürücünü çıxarmaqda çətinlik çəkirlər. 

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Qəza yerindən həmin kadrları təqdim edirik:


OXŞAR XƏBƏRLƏR