Ötən gecə Qaradağ rayonu Ələt ərazisində beynəlxalq daşıma ilə məşğul olan sərnişin avtobusu qəzaya düşüb.
Bu barədə AZXEBER.COM-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
O qeyd edib ki, "Aras Trans” şirkətinə məxsus olan sərnişin avtobusu Tbilisi-Bakı-Tbilisi istiqamətində sərnişinlərə xidmət edir: "Bu gecə avtobus Tbilisidən Bakıya qayıdarkən Qaradağ rayonu ərazisində ot daşıyan "Qazel” markalı maşına çırpılıb.
Sərnişinlərdən ciddi xəsarət alan olmayıb. 2 nəfər yüngül xəsarət alıb. Ev şəraitində müalicə olunurlar. Avtobus sürücüsü gürcü vətəndaşıdır. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır”.