"Elfsborq" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

"Elfsborq" - "Qarabağ" oyununun hakimləri bəlli oldu
İDMAN
13:27 10.12.2024
288
İsveçdə yerli "Elfsborq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun hakimləri müəyyənləşib.

Qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

FIFA referisi António Nobreyə Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR