Elgiz: “Corablarımı da, ayaqqabılarımı da həyat yoldaşım geyindirir” - VİDEO

MAQAZİN
14:43 19.11.2021
2067
"Corablarımı da, ayaqqabılarımı da həyat yoldaşım geyindirir”

AZXEBER.COM xəbər verir ki, bu sözləri ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verlişinin aparıcısı Elgiz Əkbər deyib.

Aparıcı Elgiz Əkbər və vəkil Şəfiqə Nağıyeva arasında qadının kişiyə corab, ayaqqabı geyindirməsi məsələsilə bağlı mübahisə yaşanıb.

Şəfiqə Nağıyeva deyib ki, əgər kişi sağlamdırsa, özü əyilib öz corabını geyinə bilirsə, qadın onu etməməlidir. 

Elgiz isə Azərbaycanda belə qadınların çox olduğunu və bu edilənin qadına qarşı hörmətsizlik olduğunun yanlış fikir olduğunu söyləyib.
 
O,bildirib ki, qadınlar bunu etməklə kişilərinə qayğı göstərirlər. Elgiz hətta onu da bildirib ki, onun corab və ayaqqabılarını ona yoldaşı geyindirir.
 
Aparıcı bunu ər-arvadın bir-birini çox sevməsi və hörmət etməsilə bağlı olduğunu söyləyib.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR