Elgiz Əkbər: "Tələbəlik illərində məkanların birində kokteyl hazırlayırdım" - VİDEO

Elgiz Əkbər: "Tələbəlik illərində məkanların birində kokteyl hazırlayırdım" - VİDEO
MAQAZİN
15:46 15.06.2023
414
"Tələbə idim. Elə oldu ki, ikinci kursdan sonra vəziyyət yaxşı olmadı. Ümumiyyətlə ölkədə vəziyyət yaxşı deyildi. Keçmiş SSRİ dağılmışdı. Təxminən 1993-94-cü illərdən danışıram. Elə oldu ki mən işləməyə qərar verdim. Amma harada işləyim bilmirdim".

AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər öz  proqramında deyib. Tanınmış aparıcı gənclik illərində ailəsinə maddi dəstək olmaq üçün retoranlardan birində kokteyl hazırlayan çalışdığını etiraf edib:

"Məşhur bir məkan var idi. Mənə yaxın olan insanların həmin restoranın müdiri ilə dostluq əlaqələri var idi. Həmin dövr üçün olduqca bahalı restoranlardan biri idi. Mən getdim orada işə düzəldim. O məkanda kokteyl hazırlayırdım. Həmin vaxtlar çox gənc idim".
 

OXŞAR XƏBƏRLƏR