Həftə içi 5 gün səhər saatlarında Xəzər TV-də Tarix Əliyev, ATV-də Nanə Ağamalıyeva və ARB TV-nin efirində Elgiz Əkbərin təqdimatında səhər verilişləri yayımlanır.
Bəs görəsən, hər 3-ü eyni formatda olan verilişdə ən çox kim tamaşaçının sevgisini qazanıb?
Bəs görəsən, hər 3-ü eyni formatda olan verilişdə ən çox kim tamaşaçının sevgisini qazanıb?
AZXEBER.COM bu suala cavab tapmaq üçün sosial şəbəkələrdə sorğu keçirib. 470 min izləyicisi olan səhifəmizdə aparılan sorğuda 1000-dən çox insan iştirak edib.
Prodüser Tarix Əliyev sosial şəbəkə istifadəçilərin rəğbətini qazanaraq birinci olub. Sorğuda iştirak edənlərin mütləq əksəriyyəti Tolikin verilişini izlədiyini deyib.
Daha sonra Nanə Ağamalıyevanın "Şou ATV" verilişi gəlib. ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin aparıcısı Elgiz Əkbər isə 3-cü olub.
Respondentlərin bəziləri isə heç bir səhər verilişini izləmədiyini deyib.
Qeyd edək ki, bu sosioloji sorğudur və yalnız "instagram" istifadəçiləri arasında baş tutub. Ümumi reytinq cədvəli ilə üst-üstə düşməyə bilər.
Qeyd edək ki, bu sosioloji sorğudur və yalnız "instagram" istifadəçiləri arasında baş tutub. Ümumi reytinq cədvəli ilə üst-üstə düşməyə bilər.



Nazim Qasımzadə