Elgizin bu sözlərinə görə ARB-yə xəbərdarlıq edildi - RƏSMİ - VİDEO

Elgizin bu sözlərinə görə ARB-yə xəbərdarlıq edildi - RƏSMİ - VİDEO
MAQAZİN
17:50 26.05.2025
934
Xəbər verdiyimiz kimi, Audiovizual Şura teleaparıcı Elgiz Əkbərin verilişində səslənən fikirlərə görə "ARB” telekanalına xəbərdarlıq edib.
 
Şura üzvləri tərəfindən aparıcı Elgiz Əkbərin canlı efir zamanı səsləndirdiyi fikirlər müzakirə olunaraq bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər.
 
Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən "Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...", "Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdı və bir də azadlıq vermək lazımdı. Onda siz qadını çox yaxşı tanıyacaqsız...", "Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən..." fikirləri səsləndirilib.
 
AZXEBER.COM Elgiz Əkbərin canlı efir zamanı səsləndirdiyi həmin fikirləri təqdim edir:
 

OXŞAR XƏBƏRLƏR