Tanınmış teleaparıcı Elgiz Əkbər və Pərvanə Tahirqızının aparıcısı olduğu "Elgizlə izlə” verilişi yeni mövsümdə də ekranların qonağı olacaq.
AZXEBER.COM xəbər verir ki, veriliş yenə də ARB TV-də yayımlanacaq və sosial problemlər işıqlandırılacaq.
Verilişin formatında müəyyən dəyişikliklər nəzərdə tutulur. Aparıcılar və yaradıcı heyət isə dəyişməz qalacaq.