Müğənni Elgün Hüseynov yeni "Sevdim" mahnısı ilə sevənlərinin görüşünə gəlib.
AZXEBER.COM xəbər verir ki, bir çox layihələrdə aparıcı kimi də çıxış edən müğənni yeni mahnısı ilə sevənlərinin görüşünə gəlib. Müğənni söz-musiqisi Gülnar Sultanovaya, aranjemanı Rasim Mamedova məxsus "Sevdim" mahnısını öz rəsmi "Youtube" səhifəsində paylaşıb.
Qeyd edək ki, müğənni 103.3 - Araz FM-də "Üçü Birində" səhər şousunda aparıcılıq edir.






