"Cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib. Hadisə yerinə yaxın intervalda yerləşən ictimai iyaşə obyektlərinə quraşdırılmış müşahidə kameralarından görüntülər götürülüb".
AZXEBER.COM xəbər verir ki, bu barədə İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində prokuror Sabir Musayev bildirib.
Onun sözlərinə görə, eyni zamanda təhlükəsiz şəhər kameralarından da görüntülər əldə olunub və baxış keçirilib: "Mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb olunub. Onların da dindirilməsi təmin edilib".
Ətraflı videoda izləyə bilərsiniz: