Əli Abbasov: '10 ildə poçt sektoru 4 dəfə böyüyüb'

İQTİSADİYYAT
15:00 29.08.2013
1482

Son 10 ildə Azərbaycanda poçt sektoru 4 dəfə böyüyüb və 2012-ci ildə sektor üzrə gəlirlərin həcmi 28,9 milyon manat olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində qeyd edib.Nazirin sözlərinə görə, 2003-2012-ci illər ərzində ölkə ərazisində fəaliyyət göstərən 1095 ədəd Poçt Şöbəsi (PŞ), Poçt Agentliyi (PA)və Poçtamtların binaları təmir edilib və ya yeni tikilmiş binalarla təchiz edilib.O qeyd edib ki, bu da istifadə olunan bina və sahələrin ümumi sayının təqribən 75%-i deməkdir.Ə.Abbasov müsahibəsində bildirib ki, universal poçt xidmətinin (UPX) göstərilməsi üzrə şəbəkənin genişləndirilməsi məqsədilə 246 yeni PŞ-i və ya PA-i açılaraq istifadəyə verilib.Nazir əlavə edib ki, əhali sayı 250 nəfərdən yuxarı olan bütün yaşayış məntəqələrində poçt qutularının quraşdırılması təmin edilib.Onun sözlərinə görə, bu müddətdə “Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi” yaradılıb və poçt şöbələrinin bu sistemə qoşulması iş yerlərinin 70%-nin kompüterləşməsini təmin edib:“Poçt filialı və poçt şöbələri sürətli beynəlxalq elektron pul köçürmələri sistemlərinə (ÜPİ-nin IFS/STEFI, “Western Union”, “Contact”, “Migom”, “Coinstar” və sair) qoşulub.Bank infrastrukturunun beynəlxalq maliyyə və ödəniş sistemlərinə inteqrasiyası prosesini tamamlamaq üçün “Azərpoçt” MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS daxili sistemlərinə, eləcə də SWIFT beynəlxalq sisteminə qoşulması tam başa çatdırılıb”.

OXŞAR XƏBƏRLƏR