Əli Abbasov Braziliya səfiri ilə görüşdü

Əli Abbasov Braziliya səfiri ilə görüşdü
01:01 04.04.2013
745

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliya Federativ Respublikasının ölkəmizdə diplomatik missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arruda ilə görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycanla Braziliya arasında dostluq müstəvisində davam edən əlaqələrdən söz açan Ə. Abbasov gələcəkdə də ölkələrimiz arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğumuzu bildirib. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini xatırladan Sergio Arruda isə ölkəmizdə İKT sektorunun dinamik inkişafının müşahidə edildiyini vurğulayıb. Azərbaycanda bu sahədə qazanılan təcrübənin Braziliya üçün də maraqlı və faydalı ola biləcəyinə diqqət çəkən səfir bu haqda məlumatları artıq öz hökumətinə təqdim etdiyini də söyləyib. Öz növbəsində ötən il Braziliyada keçirilmiş ümumdünya “Açıq Hökumət Tərəfdaşlığı” (AHT) üzrə nazirlər toplantısı və illik sammitdə iştirakı ilə bağlı Braziliya səfirliyinin göstərdiyi fəaliyyəti yüksək dəyərləndirən Ə. Abbasov bu tədbirdən sonra ölkəmizdə İKT-nin tətbiqi ilə dövlətin idarəedilməsi, “Elektron hökumət”, elektron xidmətlərin genişləndirilməsi və s. kimi faydalı tədbirlərin həyata keçirildiyini, eyni zamanda Azərbaycanın AHT təşəbbüsünə qoşulduğunu, bununla bağlı Tədbirlər Planının hazırlanaraq respublika prezidenti tərəfindən imzalandığını, müvafiq sənədə uyğun olaraq, artıq konkret işlərin icrasına başlanıldığını qeyd edib. Ölkələrimiz arasında İKT sektorunda təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərə ehtiyac olduğunu da söyləyən nazir bu görüşlərin hər iki tərəf üçün faydalı və əhəmiyyətli ola biləcəyinə əminliyini bildirib. Bakıda ənənəvi olaraq hər il keçirilən “Bakutel” sərgi-konfransına Braziliyanın müvafiq nazirliyi və İT şirkətlərini də dəvət edən nazir Azərbaycanda “Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlərin aparılmasını, növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universitetinin, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətə başlayacağını əsas gətirərək, ölkəmizdə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların yarandığını, eyni zamanda gələcəkdə Braziliya şirkətlərinin sərmayələrinin Azərbaycan üzərindən region ölkələrinə ixracının mümkünlüyünü də vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert