Əli Abbasov Braziliyada sammitdə iştirak etdi

Əli Abbasov Braziliyada sammitdə iştirak etdi
İQTİSADİYYAT
17:00 20.04.2012
2332

Cari ilin 17-18 aprel tarixlərində Braziliyanın paytaxtı Braziliya şəhərində ABŞ prezidenti Barak Obama və Braziliya prezidenti xanım Dilma Russefin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunmuş ümumdünya “Açıq Hökumət Tərəfdaşlığı”-nın (AHT) Yüksək Səviyyəli İlk İllik Sammiti kecirilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun AZXEBER.COM-a verdiyi məlumata görə, tədbirə 60 ölkədən 2000-ə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qatılmışlar.

Sammitin açılış mərasimində Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russof, Tanzaniya Birləşmiş Respublikasının Prezidenti cənab Jakaya Kikveti, Gürcüstanın Baş naziri cənab Nika Gilauri, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi xanım Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak etmişlər.

Tədbirdə ölkəmizi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. AHT Sammitinin Cənubi Qafqaz regionu üzrə “Fəaliyyət Planı”nın təqdimatı üzrə plenar iclasda iştirak edən nazir ölkəmizin milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırmışdır.

Təqdimat mərasimində Azərbaycandan Qeyri-Hökumət Təşkilatının nümayəndəsi, Milli Büdcə Qrupunun rəhbəri, Gürcüstanın ədliyyə nazirinin müavini və Ermənistanın xarici işlər nazirinin müavini, həmçinin, iştirakçı dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Eyni zamanda, regionlar üzrə iki hissədən ibarət, 12 blok üzrə dəvam edən “Hərəkət Planı” təqdimatlarında Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etmişlər.

Sammit çərçivəsində İsrailin Dövlət xitmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın İnnovasiya və informasiya kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal Sənayesində şəffaflıq təşəbbüsü katibliyinin rəhbəri cənab Jonas Moberg, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının idarə heyətinin üzvü xanım Elizabet Ungar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri xanım Laura Nyuman, həmçinin, Braziliya hökumətinin “Sivil Dövlət Qurumu”nun rəhbəri xanım Vania Vieira ilə bir sira ikitərəfli görüşlər keçirilmişdir.

Sammitin ikinci günü “İnformasiya Şəffaflığı: Hökumətin Perspektivləri” sessiyasında təşkilatçıların xahişi ilə ölkəmizdə İKT sahəsində aparılan uğurlu siyasəti forum iştirakçılarının diqqətinə çatdırmaq üçün nazir Ə.Abbasov çıxış etmişdir. Çıxışda “Elekton hökumət” çərçivəsində dövlət təsisatlarının vahid sistem üzərindən idarəsi, həmçinin, nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri ücün şəffaf olmasının vacibliyi qeyd edilmişdir. Sessiyada Braziliya, Liberiya və Kanada hökumətlərinin nümayəndələri cıxış edərək öz təcrübələrini bölüşmüşlər.

“Açıq Hökumət Tərəfdaşlığı” sammitinin işində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak etmişlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı