Əli Abbasov: 'Elektron xidmətlərin geniş tətbiqi şikayətlərin azalmasına səbəb olub'

İQTİSADİYYAT
17:50 24.07.2013
1643

Müşahidələr göstərir ki, son zamanlar vətəndaşların şikayətləri azalıb.

Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük.AZXEBER.COM xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.Nazirin sözlərinə görə, vətəndaşların şikayətlərinin azalmasına həm də elektron xidmətlərin geniş tətbiqi səbəb olub.O, artıq elektron xidmətlərin göstərilməsinin vətəndaşların işlərini xeyli asanlaşdırdığını bildirib.Ə.Abbasov qeyd edib ki, son 6 ayda “Elektron hökumət” portalına 260 mindən çox müraciət edilib, vətəndaşlar da həmin elektron xidmətlərdən lazımi səviyyədə yararlanıblar:“Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çox müsbət təsir edir”, - deyə, rabitə və informasiya texnologiyaları naziri sosial şəbəkədə qeyd edib.

OXŞAR XƏBƏRLƏR