AKP-dən istefa verərək Demokratiya və Yüksəliş Partiyasını (DEVA) yaradan Əli Babacan koronavirusa yoluxub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi bu barədə Tvitter səhifəsində yazıb. Babacan test nəticəsinin pozitiv çıxdığını, vəziyyətinin yaxşı olduğunu və bir müddət ailəsi ilə karantində olacağını bildirib.
Əli Babacan işinə evdən davam edəcəyini qeyd edib.
"Sağlıqla qalın və özüzünə diqqət edin", - Babacan yazıb