Əli Əhmədov: "Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub"

Əli Əhmədov: "Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub"
SİYASƏT
15:17 06.09.2019
4855
"Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının ən nəcib layihələrdən biri baş tutdu, çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi.

Baş nazirin müavini bildirib ki, bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil:

"Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır".
OXŞAR XƏBƏRLƏR