Əli Əhmədov: "Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək Azərbaycana qarşı şər-böhtan kampaniyasına başlayıb"

Əli Əhmədov: "Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək Azərbaycana qarşı şər-böhtan kampaniyasına başlayıb"
SİYASƏT
13:10 05.08.2019
3353
Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlayıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir:

"Mahiyyət etibarilə milli maraqlarımıza zidd olan nə varsa, onu etməyə hazırdırlar və məmnuniyyətlə edirlər. Gücü və təsiri az olsa da, müxalifət tarixdə lənətlənmiş "beşinci kalon" roluna hazır olduğunu da lazımi ünvanlara çatdırıb. Beləliklə də "müxalifət" adı altında anti-milli qrup formalaşıb, fəaliyyət göstərir. Ortada nə proqramları var, nə strategiyaları, nə ictimai dəstəyi, nə də insanların azacıq olsa da inamını qazanmış liderləri. Görünən qeyri-sağlam siyasi iddiaları, bu iddiaları həyata keçirmək naminə ən çirkin formalara əl atmaq istəyi, milli maraqlarımıza böyük təhlükə olan qüvvələrlə iş birliyinə hazır olmalarıdır. Müxalifətin bütün fəaliyyətinin xaricdə cəmləşməsi, xarici qüvvələrin dəstəyi ilə geniş təbliğat şəbəkəsi yaratması, həmin qüvvələrin səyləri ilə sabitliyi, əmin-amanlığı pozulan ölkələrdə sınaqdan çıxan üsul və metodlardan istifadə etməsi rəqabət mübarizəsində onun siyasi metodlara deyil, digər metodlara istinad etmək niyyətlərindən xəbər verir. Müxalifətin aqressiv, qeyri-konstruktiv qanadına mənsub olan təmsilçilərinin tez-tez zorakılıq çağırışları etməsi, xalqı üsyana səsləyən təbliğatın aparılması buna əyani misaldır. Burada Prezident İlham Əliyevin may ayında Respublika günü münasibətilə toplantıda Azərbaycana qarşı qeyri-sivil təbliğatın aparılması barədə fikirlərini xatırlatmaq yerinə düşərdi. Nəticədə məqsəd və fəaliyyət formalarına görə siyasi təşkilat kimi çıxış etməli olan müxalifət qeyri-siyasi və qeyri-konstruktiv ünsürə çevrilir.

Bu gün Azərbaycanda müxalifət dedikdə, çox təəssüf ki, əsasən məhz belə mənzərə və iştirakçılar göz önünə gəlir.

Müxalifətin qeyri-sağlam və qeyri-konstruktiv qüvvəyə transformasiyası səbəbindən bütün milli qüvvələrin birləşib səfərbər olması, dövlətçiliyin və sabitliyin keşiyində dayanması aktuallıq kəsb etməyə başlayıb.

Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi mübarizənin sivil, demokratik formalarının bərqərar olmasında müstəsna xidmətlər göstərib. Bugünkü uğurlarımızın qorunub saxlanması, gələcək uğurlarımızın isə təmin edilməsi naminə həmin ənənələr davam etdirilməli, siyasi mübarizənin çirkin və təhlükəli üsullardan təmizlənməsi, "müxalifət" adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması sıralarımızın daha da güclənməsini tələb edir. İnanıram ki, Yeni Azərbaycan Partiyası özünün gücü, səfərbərliyi, qətiyyəti, dövlətə və Prezident İlham Əliyevə sədaqəti ilə bütün anti-milli qüvvələrin qarşısında keçilməz maneə olacaq, onların bütün təxribat cəhdlərinin qarşısını alacaq, yalan, böhtan, şayiə üzərində qurulmuş təbliğatına Azərbaycanın bu gününü əks etdirən, parlaq gələcəyindən xəbər verən reallıqlar əsasında tutarlı cavab verəcək.

Biz doğru yoldayıq. Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib